Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:30

'Tender üçün 50 min dollar verdim' - Sosial evləri tikən Litva vətəndaşı ilə bağlı qalmaqal


Mənzilin dəyərinin 40 faizini dövlət ödəyir? Sosial evlərdə xarici təcrübə
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Mənzilin dəyərinin 40 faizini dövlət ödəyir? Sosial evlərdə xarici təcrübə

Azərbaycanda son 15 il ərzində Aviasiya Akademiyası və başqa böyük obyektlərin tikintisində iştirakı olan litvalı işadamı Povilas Potsyus burada dələduzluqla üzləşdiyini iddia edir. Onun şikayətçi olduğu "KAT Holdinq"in rəhbəri, 2 il yarımdır həbsdə olan Elçin Ələkbərov isə deyir ki, əcnəbi işadamının "şıltaqlığı" ucbatından özü də daxil olmaqla, xeyli adam əziyyət çəkir.

Litva vətəndaşı 2017-ci ildə Ələkbərovla birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan sosial evlərin tikintisinə investisiya yatırıb. Onun sözlərinə görə, bir neçə binanın tikintisini onlara həvalə etsinlər deyə, tenderdə "qalib gələ bilməkdən ötrü" MİDA rəhbərliyinə 50 min dollar pul veriblər: "MİDA rəhbərliyi ilə danışmaq, saxta tender üçün 50 min dollar verdim".

Deyir ki, tenderdə iştirak üçün depozitə 3 milyon manat qoymaq tələb olunub. Bu şərtə də əməl edib.

"48 mənzili sement zavodu ilə dəyişmək variantını təklif elədi"

"2018-ci ilin aprel-may aylarında Elçin deyirdi ki, işlər qaydasındadır, amma mənzillər satılmır. Biz 27, 28 və 29 saylı binaları tikirdik. 29-cu binadan 48 mənzili ümumi dəyəri 5 milyon olan sement zavodu ilə dəyişmək variantını təklif elədi. Uyğun variant olduğuna görə razılaşdım. Bir müddət sonra Litvadan gələndə mənzil alanların narazılıq elədiyini görəndə başa düşdüm ki, nəsə qaydasında deyil...", – əcnəbi işadamının sözləridir.

Potsyus investisiyasını geri tələb edib. Hərçənd, tikilən binada bir sıra qeyri-yaşayış sahələri və başqa əmlaklar onun adına keçirilib. Bir müddət sonra isə o, Ələkbərovdan şikayət edib, onun həbsinə nail olub.

Elə Ələkbərov da deyir ki, Litva vətəndaşı 5 milyonluq sement zavodunu, bir o qədər dəyəri olan başqa əmlakları götürüb, üstəlik onu həbs etdirib. Onun sözlərinə görə, litvalı işadamının "kaprizləri" üzərilərinə götürdükləri binalardakı işləri tam başa çatdırıb təhvil verməyə imkan verməyib.

"Mənzillərin təmirinə xərclənmiş pul niyə nəzərə alınmır?"

"KAT Holdinq" rəhbəri bildirib ki, xarici vətəndaşa görə ətraflı araşdırma aparmadan onun qohumlarına məxsus, bu işə heç bir aidiyyəti olmayan əmlakların üzərinə həbs qoyulub: "Tək bir adamın - Povilasın kaprizləri ucbatından bu qədər insan narahat vəziyyətə salınıb. MİDA-ya pulsuz təhvil verdiyim binanın inşasına, bütün mənzillərin tam təmirinə xərclənmiş pul niyə nəzərə alınmır? Povilasdan alınmış pulun tikintiyə sərf olunduğu gün kimi aydındır. Povilas nağd pul sərfiyyatı ilə bağlı şirkətin sənədlərini gizlədir, təqdim eləmir".

Ələkbərov vurğulayıb ki, bu işə külli miqdarda vəsaitini sərf edib və əlində olanları da itirib, üstəlik, mənimsəmədə suçlanaraq 2 il yarımdır həbsdədir.

Bu cinayət işi bir ildən çox Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Dekabrın sonunda məhkəmə yekun nəticəyə gəlib və Elçin Ələkbərovu təqsirli hesab edib. Ona 10 il 6 ay həbs cəzası kəsilib. Lakin ailə üzvləri və başqa qohumlarının adlarına olan əmlakların üzərindən həbs götürülüb.

Zərərçəkmiş qismində tanınan Litva vətəndaşının qaldırdığı 3 milyon 435 min manatlıq mülki iddia isə qismən təmin olunub. Məhkəmə nəzərə alıb ki, "KAT Holdinq"in inşa etdiyi binadan ona verilən mənzillər və qeyri-yaşayış sahələrinin dəyəri təxminən 1.5 milyon manatdır. Bundan başqa, onun adına keçirilmiş sement zavodunun dəyəri 5 milyon manata yaxındır.

XS
SM
MD
LG