Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:41

'Siyasi məhbus' siyahısı yenilənib – 161 nəfər…


"Siyasi məhbuslar" plakatı
"Siyasi məhbuslar" plakatı

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) Azərbaycanda siyasi məhbus saydıqları şəxslərin siyahısını yeniləyib.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, bu siyahıya mühacir, jurnalist Türkel Azərtürkün bacanağı Emin Saqiyevin, Müsavat Partiyasının Şirvan təşkilatının rəhbəri Əlikram Xurşudovun və yenidən həbs edilən keçmiş “hicab məhbusu” Elşən Abbasovun adları daxil edilib.

Buna da bax: 'Siyasi məhbus'ların 19 nəfəri jurnalist və bloqqerdir

E.Saqiyev qanunsuz narkotik dövriyyəsi, Xurşudov xuliqanlıq ittihamı ilə həbs edilib. E.Abbasov isə qanunsuz narkotik və silah saxlamaqda ittiham olunur. Onların haqqında məhkəmə istintaqı başa çatmayıb.

Hüquq müdafiəçiləri hesab edir ki, onlar siyasi sifarişlə və uydurma ittihamlar əsasında həbs edilib. Beləliklə, onların deməsinə görə, siyasi məhbusların sayı 161 nəfərə çatıb.

Buna da bax: Cəmil Həsənli: ‘Həbslərin arxasında İlham Əliyev dayanır’

Xatırlatma

Bu, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı hüquq-müdafiə təşkilatlarının vahid siyahısı deyil. Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki yerli qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Siyahılar arasında say baxımından fərq var.

Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir.

Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.

XS
SM
MD
LG