Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

"Yuxarıda prezident desə də, aşağıda köhnə hava çalınır"


İlham Əliyev
İlham Əliyev

►Bu minvalla deputat olmaq istəyənlərin sayı təxminən 1000 nəfərə enib

Biri əvvəlcə deputat olmaq qərarına gəlir.

Namizədliyini verir, qapı-qapı gəzib etibarlı sayıla biləcək azı 450 imza toplayır ki, namizdəliyi qeydə alınsın.

Qeydə alınandan sonra müəyyən edilən tarixdə təşviqat mərhələsi başlayır. Bu ərəfədəsə həmin namizəd fikrindən daşınır, deputat olmaq iddiasından əl çəkir.

Məsələn, 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizəd, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas kimi.

Bir neçə gün əvvəl namizədliyini geri çəkən Tapdıq Abbas təşviqat zamanı əhalidə seçkiyə inamsızlıq müşahidə etdiyini deyir.

O bildirir ki, imza toplamaq mərhələsində heç bir problem yaşamayıb. lazım olan qədər imza toplayıb, Mərkəzi Seçki Komissiyasına təqdim edib. İki gün sonra da namizdəliyi qeydə alınıb.

Əsas məsələ təşviqat mərhələsində başlanıb.

Tapdıq Abbas bundan öncəki parlament seçkilərində qalib gəldiyini, lakin mandatının başqasına verildiyini də iddia edir: (Ardı aşağıda)

Keçmiş namizəd: "Prezident nə desə də, başqa hava çalırlar"
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

“Seçkiyə niyə getmişdim? Ölkə prezidenti bəyan etmişdi ki, demokratik seçkilər keçiriləcək, ziyalılara yer veriləcək. Bu da məni ürəkləndirdi. Baxdım ki, yuxarıda prezident desə də, aşağıda köhnə hava çalınır. Əhali də seçkiyə inanmır. Bu seçkidə iştirak etməyi mənasız saydım. YAP-ın namizədinin ətrafında bütün resursların birləşməsi, adamların ora zorla cəlb olunması məsələni aydın göstərir. Bundan sonra mübarizənin mübarizə olmayacağını görüb geri çəkildim. Əlavə xərclər, əziyyət, sonra da məyusluq olacaqdı”

NAMİZƏDLƏRİN SAYI AZALIR

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, indiyədək 230-dan çox şəxs öz namizədliyindən imtina edib. Bu minvalla deputat olmaq istəyənlərin sayı təxminən 1000 nəfərə enib.

MSK 1246 nəfərin namizədliyini qeydə almışdı.

Mərhələ-mərhələ addımlayıb namizədliyə qədər gələn şəxslər sonda niyə öz iddiasından əl çəkir?

Seçki məsələləri üzrə ekspert Mirəli Hüseynov deyir ki, şəxslərin namizədlikdən imtina səbəbləri müxtəlifdir. Ekspert hesab edir ki, əsas səbəb Azərbaycanın ictimai-siyasi mühitindəki poblemlərdir:

Ekspert: "Namizədlərə təhdidlər var"
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

“Seçki prosesinin iştirakçıları hesab edirlər ki, mövcud siyasi və hüquqi mühit müəyyən namizədlərin öz platformalarını təşviq etmək, eyni zamanda seçicilərlə iş aparmaq kimi imkanlarını məhdudlaşdırılır və ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə təhlükə, neqativ hallar olduğu üçün namizədliklərindən imtina edirlər. Bu, həm siyasi proseslərdə olan etimadsılıqlardan, həm də seçki qanunvericiliyi, seçki prosesinə olan etimadsızlıqlardan qaynaqlanır.”

Mirəli Hüseynov başqa bir məsələyə də toxunur. Bildirir ki, bütün bunlarla yanaşı başqa namizədin xeyrinə öz namizədliyindən imtina edənlər də var. Ekspert bu addımı əsaslandıraraq deyir:

Ekspert: "Əlavə pul israfı..."
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

“Bizim namizədlər bir çox hallarda seçkiyə əvvəlki illərə nisbətdə daha obyektiv, daha real yanaşırlar. Əlavə resurslar xərcləmədən durumu dəyərləndirərək namizədliklərini geri götürürlər. Bilirlər ki, seçilməyəcəklər. Əlavə xərc, resurs sərf etmək istəmirlər”

AzadlıqRadiosu neçə nəfərin namizədlikdən imtina etməsi və bunun səbəbləri ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxladı. Qurumdan dəqiqləşdirmələr aparıb məlumat verəcəklərini bildirdilər.

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləridir.

XS
SM
MD
LG