Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:29

Səudiyyə Ərəbistanı İrana şərt qoydu


Al-Mouallimi BMT-də danışır
Al-Mouallimi BMT-də danışır

►"Hər şey çox sadədir: İran başqa dövlətlərin, o cümlədən Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmağı dayandırmalıdır"

Bazar ertəsi Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdallah Al-Muallimi bəyan edib ki, onun ölkəsi İranla diplomatik münasibətləri bərpa etməyə hazırdır, o şərtlə ki, İran krallığın və regionun digər ölkələrinin daxili işlərinə qarışmağı dayandırsın.

"Hər şey çox sadədir: İran başqa dövlətlərin, o cümlədən Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmağı dayandırmalıdır. Əgər bu baş verərsə, əlbəttə ki, bizim İranla normal münasibətlərimiz olacaq," dehyə diplomat jurnalistlərə deyib. O, diplomatik əlaqələrin kəsilməsinin Tehranı siyasi kursunu dəyişməyə vadar edəcəyinə ümid etdiyini bildirib.

Yanvarın 3-də Ər-Riyad İranla diplomatik münasibətləri dayandırdığını elan edib. Bu qərar krallığın Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna edilmiş hücumların ardınca verilib. Şiə din alimi Nimra-ən-Nimranın Səudiyyə Ərəbistanının ərazisində edam edilməsinə etiraz edən kütlə krallığın diplomatik nümayəndəliklərinə hücum etmişdi.

Bazar ertəsi daha iki ərəb dövləti, Bəhreyn və Sudan İranla diplomatik münasibətlərin dayandırıldığını elan edib. Birləşmiş Ərəb Əmirlikləri isə İRİ-də diplomatik təmsilçiliyinin işlər vəkili səviyyəsinə qədər endirildiyini elan edib.

İran - Səudiyyə səfirliyinə hücum
İran - Səudiyyə səfirliyinə hücum

Səudiyyə Ərəbistanının daimi nümayəndəsi bəyan edib ki, o, BMT Təhlükəsizlik Şurasının ən yaxın zamanda krallığın diplomatik nümayəndəliklərinə edilmiş, hücumları qınayan bəyanat qəbul edəcəyinə və İran hökumətini Vyana konvensiyalarına uyğun olaraq diplomatik missiyaların müdafiəsini təmin etməyə çağıracağına ümid edir.

Al-Muallimi həmçinin bəyan edib ki, onun ölkəsi İranla diplomatik münasibətlərin kəsilməsi səbəbindən Suriyadakı münaqişənin sülh yolu ilə nizama salınması ilə bağlı danışıqları boykot etmək fikrində deyil. "Bunun üçün daha əsaslı səbəb olmalıdır," deyə diplomat əlavə edib.

Onun sözlərinə görə Tehranla münasibətlərdəki böhran Ər-Riadın Suriya məsələsində mövqeyinə heç cür təsir etməyəcək.

Ancaq daimi nümayəndə həm də iddia edib ki, Tehran əvvəldən də Suriyada nizamlama səylərini o qədər də fəal şəkildə dəstəkləməyib və "təxribatçı mövqe" tutub.

Diplomat həmçinin deyib ki, İranla münasibətlərdə yaranmış vəziyyət Yəmənlə bağlı dnaışıqlara da təsir etməməlidir. O deyib ki, bu danışıqların uğurlu olması şiə Husi üsyançıların BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamənin müddəalarına əməl etməyə hazırlığından asılıdır. Adı çəlkilən sənəd üsyançıların silahı yerə qoymasını və qoşunlarını şəhərlərdən çıxarmasını tələb edir.

Suriya münaqişəsi ilə bağlı növbəti danışıqlar yanvarın 25-nə planlaşdırılıb.

XS
SM
MD
LG