Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Saatlı pambıqçıları: 'Bu, qul əməyidir...'


Saatlı pambıq tarlasında, 09 oktyabr 2016
Saatlı pambıq tarlasında, 09 oktyabr 2016

“Kəndli görsə ki, hər şey köhnə qaydadadır, həvəsdən düşüb gələn il bunu əkməyəcək”

“Pambıq yığmağa məktəb yaşlarından başlamışam. Sovet dövrüydü, kolxoz hamını məcburi pambıq yığmağa aparırdı. Özü də sürətlə, iki əllə yığırdım. Onda şagirdlər, ən azı, 50 kilo yığmalıydı. Birtəhər yığırdıq”.

Səhərdən axşamacan 100 kiloqram pambıq yığmaq olur

Saatlının Mərzəli kəndinin sakini Sevda Mirzəyevanın məktəb illəri sovet dövrünə düşüb. Kolxoz quruluşu olduğundan pambıq yığımı vaxtı o da bütün məktəblilər kimi məcburi pambıq yığımına gedirmiş. Deyir, pambıq yığmaq məktəbliyə asan olmasa da, bacardıqları qədər yığırmışlar. Yaşıl tarlalardakı “ağ çiçəkləri” də o vaxtdan sevib:

Sevda Mirzəyeva: 'Keçən il məntəqələr pambığın kilosunu 40-60 qəpiyə alıblar'
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

***Buna da bax:​ Bir kiloqram pambığa 10 qəpik subsidiya veriləcək

Prezidentin vədi kəndliləri həvəsləndirib

Kolxoz quruluşu dağılandan sonra texnikaları, maddi imkanları olmadığından kəndlilər pambığı əvvəlki kimi əkib-becərməyib. Prezident İlham Əliyevin pambıqçılığın inkişafıyla bağlı vədləri isə kəndliləri yenidən həvəsləndirib. İndi sovet dövründəki kimi kütləvi olmasa da, kəndlilər pay torpaqlarında pambıq da əkməyə başlayıb. Sevda deyir, keçən il məntəqələr pambığın kilosunu keyfiyyətinə görə 40-60 qəpiyə alıblar:

Saatlı pambıq tarlasında. Pambıq çiyidi. 09okt2016
Saatlı pambıq tarlasında. Pambıq çiyidi. 09okt2016

“Bu il necə olacaq, bilmirəm. İndiyə qədər çox gəlir gətirmədiyindən, demək olar ki, pambıq az əkilirdi. İndi bu yığım bilinəcək ki, gəlir gətirir, ya yox. İnşallah, dedikləri kimi olsa, camaat da əkib pul qazanar. Bir ara camaat həvəsdən düşmüşdü, indi yenə həvəsləniblər. Prezident də deyib ki, bu sahəyə üstünlük veriləcək. Əgər görsələr ki, yaxşıdır, davamı olacaq. Yox, əgər görsələr ki, hər şey köhnə qaydadadır, həvəsdən düşüb əkməyəcəklər”.

Saatlı pambıqçıları: 'Bu, qul əməyidir...'
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Kiloqramı 10 qəpiyə yığan işçi axtarırlar

“Pambığın əkib becərilməsi kəndliyə min bir əziyyətlə başa gəlir. Hələ yığımını, işçilərə veriləcək məvacibi demirəm”. Bunu isə sahəsində pambığı yığılmamış qalan Sitarə deyir:

“Sentyabrdan yağış da çox yağdı. İndi də açan vaxtıdır. Bilmirəm necə olacaq”.

Saatlı pambıqçıları: 'Sentyabrdan yağış da çox yağdı. İndi də açan vaxtıdır. Bilmirəm necə olacaq'
Gözlə

No media source currently available

0:00 0:00:06 0:00

***Buna da bax:​ 'Qara qızıl' öldü, yaşasın 'ağ qızıl'!

Pambığı yığmaq üçün tarla sahibləri ucuz işçi əməyindən yararlanmağa çalışır. Mövsümi tutulan işçilərə hər yığılan pambığın kilosuna görə 10 qəpik verilir. Bu işi görənlər az deyil. Ancaq Qədim Vəliyev kimi bu qiymətə pambıq yığmaqdan imtına edənlər də var:

“Kilosuna 10 qəpik verirlər. O əziyyətin qarşısında çox cüzi qiymətdir. Bu, qul əməyidir”.

Prezident İlham Əliyev keçən ay pambıqçılığın inkişafı ilə bağlı müşavirədə demişdi ki, pambığın alış qiyməti qaldırılmalıdır. Ölkədə pambıqçılıq tənəzzülə uğradığından dövlət bu sahəyə müdaxilə etməlidir.

Saatlı pambıq tarlasında. 9 okt.2016
Saatlı pambıq tarlasında. 9 okt.2016

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu sahənin uzun müddət başlı-başına buraxıldığını vurğulayır. İstehsal çox azdır, toxum, istehsal vasitələrinin hamısı xaricdən alınır:

“İranda, Türkiyədə 1 kiloqram xam pambığı 90 sentə, Azərbaycanda 30 sentə alırlar. Azərbaycanda istehsal baha başa gəldiyindən bizim kəndlilərə bu qiymətə məhsul istehsal edib tədarükçüyə satmaq sərf eləmir. Bu sahəni rentabelli etmək üçün özümüzdə toxum istehsal olunmalıdır. Xaricdən gətirdikləri gec yetişən məhsulun toxumudur. Ölkədə istehsal olunan pambığın 80 faiz yığılmalıydı, indi ancaq 10-12 faizi yığılıb. Torpaq sahələrimizə uyğun və ucuz başa gələn toxum istehsal etməliyik. Hökumətdəkilər bu sahədə əsaslı işlər görmədən, mütəxəssis və peşəkarları yetişdirmədən gəlir əldə etmək istəyirlər. Elə bilirlər ki, insanlara “gəlin, məşğul olun” deməklə nəsə əldə etmək olar”.

Vahid Məhərrəmli: 'İranda, Türkiyədə 1 kiloqram xam pambığı 90 sentə, Azərbaycanda 30 sentə alırlar'
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

***Buna da bax:​ Prezident pambıqçılarla görüşüb

Vahid Məhərrəmovun fikrincə, pambığın qiymətinin tənzimlənməsinə dövlət başçısı qarışmalı deyil. Bazarda elə bir şərait yaradılmalıdır ki, bu, istehsalçı ilə tədarükçü arasında həllini tapsın. Ən əsası rəqabət mühiti olmalıdır.

Yüz minlərlə insan bu işlərə cəlb ediləcək

Kənd Təsərrüfatı Nazirliyi bu il 51 min hektar sahədə pambıq əkildiyini. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur.

Prezident İlham Əliyev deyib ki, ötən il 35 min ton pambıq yığılıbsa, bu il, ən azı, 100 min ton yığılmalıdır. Gələn il əkin sahələri daha da artacaq, işləyənlərin də sayı artacaq: “Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək”.

Saatlı sakinləri isə bu işə, sovet dövründəki kimi, büdcə işçilərinin, məktəblilərin cəlb olunacağından narahatdır. Deyirlər, artıq qulaqlarına belə söz-söhbətlər çatır. Camaat yarızarafat, yarıgerçək deyir ki, “gələn il, deyəsən, bizi pambıqla bağlı əməlli-başlı sürprizlər gözləyir”.

XS
SM
MD
LG