Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Türkiyə təyyarələri Suriya ərazisindən nişan alınır


Türkiyənin F-16 qırıcısı
Türkiyənin F-16 qırıcısı

NATO bildirib ki, Rusiyanın Türkiyənin hava sərhədini pozması “səhvən” olmayıb

NATO bəyan edib ki, Rusiya hərbi təyyarəsinin ötən həftəsonu Türkiyənin hava ərazisinə girməsi təsadüfi insidentə bənzəmir.

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Rusiya baş vermis insidentə görə indiyədək ağlabatan izahat verməyib.

Rusiya deyir ki, hava pis olub

Moskva bildirib ki, Türkiyə hava məkanına ötən şənbə edilmiş müdaxilə qısamüddətli olub və hava şəraitinin pisliyi ucbatından baş verib.

NATO-nun baş katibi Rusiyadan izahat tələb edir
NATO-nun baş katibi Rusiyadan izahat tələb edir

Lakin Türkiyə hərbiyyəsi bildirir ki, bazar ertəsi başqa bir naməlum döyüş təyyarəsi Türkiyənin 8 qırıcısını raket nişangahına alıb.

Bazar günü baş vermis başqa bir insident zamanı naməlum MiG-29 qırıcısı Suriya-Türkiyə sərhədi üzərində dörd dəqiqə müddətində Türkiyə təyyarələrini raket radarı ilə nişan alıb.

Türkiyə hərbiyyəsi bildirir ki, həmçinin bazar ertəsi Suriyanın ərazisindəki raket sistemləri də Türkiyə təyyarələrini dörd dəqiqə ərzində nişan alıb.

Sirli MiG-29 kimindir?

Hərbi ekspertlər bildirirlər ki, Rusiya hazırkı kampaniyada MiG-29 qırıcılarından istifadə etmir, lakin bu təyyarələrdən keçmişlərdə Suriya ordusuna verib.

Onlar deyirlər ki, Assad bu təyyarələrdən ötən dörd il ərzində daxili döyüşlər üçün istifadə erməyib.

Rusiya Suriyada Su-24 qırıcılarından istifadə edir
Rusiya Suriyada Su-24 qırıcılarından istifadə edir

Suriya və Türkiyə arasında ölümcül hava insidentləri yaxın keçmişlərdə də baş verib. 2012-ci ildə Türkiyəyə məxsus Phantom təyyarəsi Suriya raketləri ilə vurulub.

Ötən il Türkiyə təyyarələri Suriyanın MiG-23 qırıcısını vurublar.

Bu arada ABŞ dövlət katibi John Kerry deyib ki, Moskva ilə danışıqlarını intensivləşdirib.

O bildirib ki, baş vermis təhlükəli insident zamanı Türkiyə təyyarəsi Rusiya qırıcısını vura da bilərdi.

XS
SM
MD
LG