Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

Rusiya pomidor idxalını Azərbaycana görə qadağan edəcək?


Rusiya Federasiyası 2020-ci ilin aprelindən ölkəyə dövlət sifarişi ilə xaricdən pomidor və xiyar idxalını qadağan etməyi planlaşdırır.

Bu da bildirilir ki, büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş ediləcək.

Interfax xəbər verir ki, bu sənəd hazırda Rusiya Kənd Təsərrüfatı Nazirliyində nəzərdən keçirilir.

Nazirliyin məlumatına görə qadağandan məqsəd “yerli istehsalçıların dəstəklənməsi və istixana tərəvəzçiliyinin inkişaf etdirilməsidir”.

Dövlət hesabına ərzaq malları əsasən ordu, məktəblər, uşaq bağçaları, xəstəxanalar və dövlət idarələri üçün alınır.

Əvvəlki illərdə Rusiya pomidoru əsasən Türkiyədən alırdı.

Lakin iki ölkə arasında münasibətlər Su-24 təyyarəsinin vurulmasının ardınca korlandıqdan sonra Türkiyədən Rusiyaya pomidor idxalı müvəqətti olaraq dayandırılmışdı.

Bundan sonra Rusiyaya idxal olunan pomidorun üstündə onun Azərbaycandan gətirildiyini göstərən yarlıqlar vardı.

Pomidor - qeyri-neft sektorunun rekordçusu

Currenttime saytının yazdığına görə bu idxalın həcmləri o qədər artmışdı ki, 2018-ci ilin yanvar-noyabrında pomidor Azərbaycanın qeyri-neft sektorunun əsas ixrac məhsuluna çevrilmişdi.

Bu müddət ərzində Azərbaycan Rusiyaya 162 milyon dollar dəyərində pomidor satmışdı.

Xəbər verilir ki, məhz idxalın həcmləri Rusiyanın Rospotrebnadzor idarəsinin diqqətini cəlb edib.

Belə bir şübhə yaranıb ki, Azərbaycan Rusiyaya özünün deyil, Türkiyənin tərəvəzini satır.

Rusiyada pomidorun və tərəvəzin istixanalarda yetişdirilməsi həcmlərinə görə lider regionlar Krasnodar və Stavropol diyarları, Lipetsk və Moskva vilayətləri, habelə Başqırdıstandır.

Rusiya Kənd Təsərrüfat Nazirliyi iddia edir ki, son beş il ərzində ölkənin min hektar ərazisində istixanalar salınıb və ya modernizə edilib.

Bu müddət ərzində istixanalarda yetişdirilən tərəvəzin həcmi 65 faiz artıb.

Nazirlik bildirir ki, bu il istixanalardan rekord səviyyədə - 1, 2 milyon ton məhsul əldə ediləcəyi gözlənilir.

Bu, 2018-ci ildə olduğundan 20 faiz çoxdur.

XS
SM
MD
LG