Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Qiyasın anası: 'Son hadisələrdən narahatam...'


Qiyas İbrahimovun anası Şura Əmiraslanova
Qiyas İbrahimovun anası Şura Əmiraslanova

“Çox narahatam, təsəvvürəgəlməz dərəcədə narahatam. Gecəni heç yatmıram. Gözümü yumuram, hamısı gəlib gözümün qabağında dayanır. Qorxuram kiməsə, nəsə olar. Səhər kiminsə haqqında nəsə eşidəcəm qorxusuyla yatıram”.

“Heykəl məhbusu” kimi tanınan iki məhbusdan biri, narkotik ittihamıyla 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun anası Şura Əmiraslanova belə deyir. Ana oğlunun zəng vurmadığı günlərdə səksəkə içində yaşadığını, vəkilə, Penitensiar Xidmətə zəng vurduğunu söyləyir.

Buna da bax:​ Qiyas İbrahimovun anası: 'Bu, çox utancvericidir'

Onun AzadlıqRadiosu-na müsahibəsini təqdim edirik.

Şura Əmiraslanova: "Mehman Qələndərovun ölümündən sonra çox qorxuram"
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00
Direct-ə keçid

– Şura xanım, bir neçə gün qabaq Bayram Məmmədov vəkili vasitəsilə xəbər göndərdi ki, cəzaçəkmə müəssisəsində onun fiziki məhvinə çalışırlar, ona təzyiq göstərirlər, üstəlik, saxlanma şəraiti də pisdir. Qiyasın vəziyyəti necədir? Ona təzyiqlər varmı? Saxlanma şəraiti necədir?

– Bir dəfə özüylə söhbət etdim ki, Qiyas, saxlanma şəraitin necədir, nə vəziyyətdədir, mənə konkret dedi: “Ana, elə bil, pis şəraitli kirayə evdə qalırsan, ikiadamlıq balaca otaqdır”. Ancaq ordakıların Qiyası incitməyi, haqsızlıq etməyi haqda eşitməmişəm. Bəlkə də... Amma davranışında, görkəmində elə bir şey hiss etməmişəm. Nə bilim, bəlkə bundan sonra acıqla edəcəklər? Hələ ki belə bir şey yoxdur. Sabah görüşəcəm onunla. Olanlar haqda soruşacam ki, oğlum, sənə də təzyiq varsa, gizlətmə, siyasi məhbus Mehman Qələndərov Kürdəxanı həbsxanasında necə deyim... intihar etdi. Yəni belə şeylər var, ona da təzyiq varsa, desin bizə, sonrakı peşmançılıq fayda vermir. Gərək Elçin Sadıqova da deyim, bu haqda o da Qiyasla söhbət etsin.

Buna da bax: ABŞ bloqqerin ölümünü araşdırmağa çağırır

– Deyəsən, son hadisələrdən sonra narahatsınız?

– Çox narahatam, təsəvvürəgəlməz dərəcədə narahatam. Gecəni heç yatmıram. Gözümü yumuram, hamısı gəlib gözümün qabağında dayanır. Qorxuram kiməsə, nəsə olar. Səhər kiminsə haqqında nəsə eşidəcəm qorxusuyla yatıram.

– Nədən qorxursunuz?

– Hər şeydən qorxuram. Bu gün belə işlər varsa, sabah, əlbəttə, hər şey ola bilər. Qorxuram. Mehman Qələndərovdan sonra daha çox qorxuram. O da siyasi məhbus idi. Ona etdilərsə, bunlara da edərlər. Bayrama deyirlər ki, ulu öndərin heykəlini təhqir etmisən, ona görə hər zaman təhqir olunacaqsan. Bu adama 10 il iş vermisən, haqsız yerə cəzalandırmısan, belə çıxır ki, bununla da ürəkləri soyumur, uşaqlara işgəncə verirlər. Bayram xəstədir, sağalması üçün iş görmürlər, əksinə ona təzyiqləri artırırlar. Bu, böyük haqsızlıqdır... Ölkə bərbad vəziyyətdədir. Kimisə nədəsə günahlandırdıqları yetmir, bu gün övladlarımız, qardaşlarımız haqsız yerə türmədə öldürülür. Sabah bu mənim övladımın da başına gələ bilər. Niyə qorxmamalıyam ki? Hər dəqiqə o qorxuyla oturub-dururam. Düzdür, uşağımın yanında çox danışmasam da, qorxu içində yaşayıram. Mehman Qələndərovdan sonra daha çox qorxuram. İnanın ki, Qiyas zəng etməyən gün vəkili Elçin Sadıqova, Penitensiar Xidmətə zəng vururam, “Uşağımdan bir xəbər yoxdur, zəng etməyib” deyirəm. Həmin günlərdə ancaq onu fikirləşirəm ki, Qiyasa nə oldu görəsən, birdən karsa salarlar xəbərim olmaz. Hər şeydən qorxuram.

Buna da bax:​ Qiyas İbrahimovun anası: 'Sifariş olmasa, universitetdən qovmazlar'

– Karsa salıblar?

– Yox, olmayıb. Bir dəfə özündən soruşdum ki, filankəsləri karsa salıblar, səni də salıblarmı? Güldü, dedi ki, ana, “mən neynirəm karsa salsınlar?” Amma hər şey ola bilər.

– Bu narahatlığınızla bağlı rəsmi qurumlara, Ombudsman aparatına və ya beynəlxalq qurumlara müraciət etməmisiniz?

– Ombudsman aparatından heç nə gözləmirəm. İndiyəcən neyləyib? Hansı gerçəyin arxasında dayanıb? Amma beynəlxalq təşkilatlar sağ olsunlar, sözlərini deyirlər, neynəsə onlar edir yenə. Bizim ombudsmandansa umacağım yoxdur, yalandan nə deyim ona?..

XATIRLATMA

Rəsmi məlumata görə, Qiyas İbrahimovdan 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin tapılıb.

Buna da bax:​ Həbsdəki gənc fəalın gözləri zəifləyib

Ancaq gənc fəallar bu ittihamları rədd edir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bildirirlər.

Onlar ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.

Narkotik ittihamı ilə saxlanan M.Qələndərov barəsində fevralın 7-də üç aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bloqqerin aprelin 28-də intihar etdiyi söylənir. Onu aprelin 29-da ictimaiyyətdən gizli şəkildə dəfn ediblər. ABŞ Dövlət Departamenti və bəzi beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini bu ölümün şəffaf, obyektiv şəkildə araşdırılmasına çağırıblar.

XS
SM
MD
LG