Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

Qazaxıstanlılar üçün krediti ödəmək çətinləşir


Tenge-dollar (arxiv)
Tenge-dollar (arxiv)

Qazaxıstan Milli Bankı yanında Dövlət kredit bürosunun məlumatına görə ölkədə 5,1 milyondan çox insanın kredit borcu var. Onlardan 1 milyon 102 mini bu il borclarını ödəyə bilməyib.

837 min kredit borcunun alınması kollektor agentliklərinə həvalə edilib. gecikdirilmiş borcların ümumi məbləği bir trilyon iki milyard tengeni (3 milyard dollardan çox) keçib.

İqtisadçı Jandos Nurxalıkovun sözlərinə görə qazaxıstanlılar ona görə kredit götürürlər ki, onların maaşları ev, maşın, məişət texnikası almaq kimi böyük problemlərin həllinə bəs eləmir. Belə problemləri həll etmək üçün pul yığmaq alınmır.

«Kredit bürosunun məlumatı isə onu göstərir ki, ölkədə hər dördüncü adamın kredit borcu var, yəni hər ailədə bir-iki nəfərin borcu var», deyə Nurxalıkov vurğulayıb.

İqtisadçı Meruert Mahmutova isə deyir ki, cari ilin dörd ayı ərzində kredit borcu olan şəxslərin sayı 32-35 % artıb. O, borcluların sayının artmasını devalvasiya və dollar kreditlərinin ödənməsində yaranmış çətinliklərlə əlaqələndirir.

Sahibkarla Assosiasiyasının vitse-prezidenti Timur Nazxanov deyir ki, kredit götürmək beynəlxalq tendensiyadır. «Ancaq Qazaxıstanda kredit faizləri həddindən çox yüksəkdir». O hətta böhranla bağlı borcluların sayının artacağını düşünür.

XS
SM
MD
LG