Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:52

'Tarif Şurası 10 qəpiyinizi oğurlayıb, 1 qəpiyini geri qaytardı'


Təbii qaz istehlakı
Təbii qaz istehlakı

İqtisadçı ekspertin fikrincə, Tarif Şurasının elektrik və qazla bağlı istehlak həcmini bir qədər artırması “əhalinin narazılığını aradan qaldırmaq üçün atılan addımdır. Yəqin əhali arasında təpkilərin ciddi olduğunu görüb, bu addımı atdılar”

Hökumətdən ailələrə iki manatlıq sevinc

“Tarif Şurası elə bil 10 qəpiyinizi oğurlayıb, 1 qəpiyini təzminat kimi sizə qaytarır”.

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

İqtisadçı ekspert Qadir İbrahimli Tarif Şurasının 28 noyabr qərarına düzəlişini “Facebook” sosial şəbəkəsində belə dəyərləndirib.

Şuranın yaydığı məlumata görə, əhali üzrə tarifi dəyişməyən təbii qaza görə, təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisi istehlakının həcmi isə 250 kilovat/saatdan 300 kilowat/saata qaldırılıb.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli qərarı AzadlıqRadiosu-na şərh edir:

– Əslində, bu qərar gözlənilən idi. Bu barədə söhbət gedirdi. Bu normanın bir qədər artırılması, təbii ki, ödənişlərə azacıq pozitiv təsir göstərəcək. Amma bu məsələnin kökündən çözülməsi demək deyil. Məsələ ondadır ki, ailələr il ərzində 1700 kubmetrdən daha çox qaz işlədir, əsasən də qış aylarında. Obrazlı desək, əvvəllər 6 aya bu normanı işlədib, sonradan ikiqat qazpulu ödəməli olacaqdıqsa, indi bu norma 7 ay, 7 ay yarıma çatdırılıb. Dəyişən odur ki, biz az da olsa, qazpulunu köhnə tariflə ödəməyə zaman qazanırıq.

Buna da bax: Tarif Şurası öz qərarını dəyişdi

– Bəs elektriklə bağlı limitin 50 kilovat/saat artırılmasına necə baxırsınız?

– İşığa gəlincə, istehlak həcminin 250 kilovat/saatdan 300-ə qaldırılması da təbii ki, pozitiv addımdır. Bir çox ailənin, aşağı-yuxarı, 4 nəfərlik ailələrin işlətdiyi qaz həcmi, kombi isitmə sistemi də varsa, 350- 400 kilovat arasındadır. Yəni əvvəl 250-ni köhnə qiymətlə, əlavəni isə yeni qiymətlə - 11 qəpikdən ödəməliydiksə, indi 300 kilovat/saat elektrikin qiymətini köhnə tariflə ödəyəcəyik. Bu, bir çox ailənin işıq normasına uyğun gəlsə də, daha çox işlədənlər də var.

– Amma istənilən halda, dəyişiklik ailələrin büdcəsinə ciddi təsir göstərə bilər?

– Məsələn, 50 kilovat-saat elektrik enerjisinin pulunu yeni qiymətlə ödəməli olsaydıq, 11 qəpikdən verməliydik. Bu da 5 manat 50 qəpik edirdi. Amma köhnə qiymətlə 3 manat 25 qəpik ödəyəcəkdik. Hər ailənin büdcəsinə təxminən 2 manat qənaət etmiş oldu hökumət.

Buna da bax:​ Suda tariflər artırılmayıb, birləşdirilib

– Bəs qazda nə qədər qənaət ediləcək?

– Hər bir ailə ilk 6 ayda normanı işlədib bitirsə - bunun da ehtimalı çox böyükdür, çünki 1700 kubmetr elə də böyük həcm deyil - 6-7 aydan sonra qazpulunu ikiqat ödəməli olacağıq. Yəni bu da edir 5-6 ay, bu ayların pulunu ikiqat ödəməli olacağıq.

– Belə çıxır ki, həcmdə dəyişiklik daha çox təsəlli, təskinlik məqsədi daşıyır?

– Əslində, hə, elədir. Əhalinin narazılığını aradan qaldırmaq üçün atılan addımdır. Yəqin əhali arasında təpkilərin ciddi olduğunu görüb, bu addımı atdılar.

Buna da bax: Qiymət artımına 'yaşıl işıq' yandıran kimdir?

– Söhbətə başlayanda dediniz ki, pozitiv addımdır, amma məsələni kökündən həll etmir. Sizcə, hökumət məsələni köklü şəkildə necə həll edə bilərdi?

– Görünən odur ki, Azərbaycan hökuməti dövlət büdcəsində problemlər olduğunu nəzərə alaraq, bundan artıq güzəştə getmək istəmir və büdcədə yaranan problemlərin bir hissəsini əhalinin çiyninə qoymaqla həll etmək istəyir. Tarif Şurasının noyabrın 28-də verdiyi qərardan sonra büdcəyə əlavə 320 milyon manat gəlməli idi. Amma bu qərarın dəyişdirilməsindən sonra büdcəyə əlavə 250 milyon manata yaxın vəsait daxil olacaq. Əhaliyə də təxminən 50-70 milyon manatlıq güzəşt ediləcək.

XS
SM
MD
LG