Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Aqil Abbas: ‘Mənim atamın goruna 932 adam söyüb, hesablamışam’


Zakir Qaralov
Zakir Qaralov

Ölkə parlamenti internetdə saxta istifadəçi ad və ya hesablardan istifadə etməklə böhtana, təhqirə, ölkə başçısının şərəfini, ləyaqətini alçaltmağa görə, Cinayət Məcəlləsinə dəyişiklik edib.

“Turan” Agentliyi xəbər verir ki, baş prokuror Zakir Qaralovun təqdim etdiyi qanun layihəsi haqda parlamentin noyabrın 29-da keçirilən toplantısında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

Buna da bax: Prezidentin şərəf və ləyaqəti maddəsi ağırlaşdırılır

O, hesab edib ki, baş prokurorun təşəbbüsü vətəndaşların saxta profillər üzərindən təhqir olunmasının qarşısının alınmasında effektli olacaq.

Deputatlar dəyişiklik təklifini yekdilliklə qəbul ediblər.

Dəyişikliklər Cinayət Məcəlləsinə 148 (təhqir) və 323-cü (prezidentin şərəf və ləyaqətinin alçaldılması) maddəsini əhatə edir.

Məcəlləyə 148-1 (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsi əlavə edilir.

Buna da bax: Zakir Qaralovun təklifləri pislənir...

Maddədə qeyd olunan əməllərə görə, 1000 manatdan 1500 manata qədər cərimə, 360 saatdan 480 saata qədər ictimai işlər, 2 ilədək islah işləri və ya 1 ilədək həbs cəzası nəzərdə tutulur.

Məcəllənin 323-cü maddəsinə isə əlavələr edilir.

Dəyişikliyə görə, prezidentin şərəfini, ləyaqətini internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə ləkələmə əməli min manatdan min beş yüz manatadək cərimə ediləcək. Yaxud da üç ilədək həbs cəzası ala biləcək.

Buna da bax:​ Aqil Abbas: 'Mən əl qaldıracam, vəssalam'

Aqil Abbas söyüldüyünü deyir

Aqil Abbas
Aqil Abbas

APA-nın xəbərinə görə, müzakirələrin gedişində Aqil Abbas deyib ki, Azərbaycanda 3 deputatı söyürlər:

“Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.

O bildirib ki, son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”.

Buna da bax:​ 'Azərbaycanda 1-ci şəxsin monarx səviyyəsinə yüksəldilməsi müşahidə edilir'

Baş prokurorun təşəbbüsünü müstəqil ekspertlər, hüquqçular narahatlıqla qarşılamışdılar. Onlar hesab edirdilər ki, bu təklifin qəbul edilməsi ifadə azadlığına təhdid yaradacaq.

Vətəndaş cəmiyyəti qurumlarının, jurnalistlərin, hüquqçuların, iqtisadçıların bir araya gəldiyi Sivil Toplum Platforması da noyabrın 28-də ölkə parlamentinə müraciət edərək təklifin geri qaytarılmasını xahiş etmişdi.

XS
SM
MD
LG