Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Araşdırma: Qaradərililərin koronavirusdan ölüm riski dörd dəfə çoxdur


Britaniya Milli Statistika Bürosunun (MSB) verdiyi məlumata görə qaradərili adamların koronavirusdan ölmə ehtimalı ağdərili kişi və qadınlardan dörd dəfə yüksəkdir.

MSB-nin apardığı araşdırma göstərib ki, qaradərili qadınların koronavirusdan ölmə ehtimalı qaradərili kişilərin ölüm ehtimalından azacıq çoxdur.

The Guardian yazır ki, araşdırma banqladeşli, pakistanlı, hindli, çinli və qarışıq etnik qruplara aid şəxslərin də koronavirusdan ölmə ehtimalının ağdərili adamlardan yüksək olduğunu göstərib.

Bu rəqəmlərə görə qaradərili, asiyalı və etnik azlıqlara mənsub insanların COVID-19 yoluxmasından ölüm ehtimalı ağdərili əhalidə olduğundan 2-3 dəfə artıqdır.

Hökumət araşdırma göstərişi verib

BBC yazır ki, hökumət ölüm hallarındakı belə etnik fərqlərin səbəbinin araşdırılmasına göstəriş verib.

Region və yaş nəzərə alınmaqla aparılmış hesablamalar göstərib ki, ağdərili britaniyalıların COVID-19-dan ölüm ehtimalı başqa etnik qruplardakından 12 faiz aşağıdır.

Wellcome Open Research jurnalında dərc edilmiş tədqiqat hesabatında Britaniya Milli Səhiyyə Sisteminin martın 1-dən aprelin 21-dək müddətə aid məlumatlarından istifadə olunub.

Milli Səhiyyə Sisteminin rəqəmlərinə görə həmin müddətdə 16,272 nəfər koronavirus diaqnozu ilə vəfat edib.

Bu məlumatda ölümlərin 9.4 faizi (1527 nəfər) üçün etnik mənsubiyyət göstərilməyib.

Etnik azlıqların arasında COVID-19-a ən çox qurban verən 492 ölüm halı ilə hindlilərdir.

Qaradərili kariblilər üçün bu qərəm 460 nəfərdir.

Rəsmi hökumət statistikasına görə Britaniyada indiyədək koronavirusdan 30 min nəfər vəfat edib.

Səhiyyə sisteminin hesablamasına görə ölü sayı 33 mindir.

XS
SM
MD
LG