Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:51

Separatçılar sülhməramlıların komandanlığı ilə görüşüblər


Ermənilər Laçın şəhərini demək olar ki, tərk edib- AzadlıqRadiosunun erməni xidməti şəhərdən xəbər verir
Gözlə

No media source currently available

0:00 0:15:54 0:00

Ermənilər Laçın şəhərini demək olar ki, tərk edib- AzadlıqRadiosunun erməni xidməti şəhərdən xəbər verir

Avqustun 23-də Qarabağ separatçılarının “parlament qrupları” kimi təqdim edilən nümayəndələri ilə Rusiya sülhməramlılarının komandanlığı arasında görüş keçirilib

Avqustun 23-də Qarabağ separatçılarının “parlament qrupları” kimi təqdim edilən nümayəndələri ilə Rusiya sülhməramlılarının komandanlığı arasında görüş keçirilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, belə bir görüşü separatçılar Rusiyanın Ermənistandakı səfiri Maksim Seleznyovun ötən həftə verdiyi bəyanata aydınlıq gətirilməsi üçün tələb etmişdilər.

Bundan başqa separatçıları habelə erməni əhalisinin təhlükəsizliyinin təminatı məsələsi maraqlandırırdı.

Məlumatda deyilir ki, sülhməramlıların rəhbərliyi erməni tərəfinin suallarına cavab verib.

Məsələn onlara deyilib ki, Ermənistanı Qarabağla birləşdirən yeni yol, 5 kilometrlik zolaq və sülhməramlılarının postları da daxil Laçın dəhlizində olan bütün təhlükəsizlik komponentlərinə malik olacaq.

Separatçıların verdiyi məlumata görə Rusiya sülhməramlılarının komandanlığı bildirib ki, sülhməramlı kontingenti “avqust insidnetlərindən lazımi nəticələr çıxarıb” və belə halların gələcəkdə baş verməyəcəyinə səy göstəriləcək.

Rusiyanın Ermənistandakı səfirliyinin birinci katibi Maksim Seleznyov bir həftə əvvəl Azatutyuna müsahibəsində əmin etmişdi ki, yeni yol istifadəyə verilməyincə sülhməramlılar Laçın dəhlizindən “bir santimetr də” kənara çıxmayacaqlar.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG