Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:40

Rusiya Suriyada hərbi əməliyyata başladı


►Rusiyanın Müdadfiə nazirliyi, Rusiya hərbi-hava qüvvələrinin Suriyada İslam Dövləti qrupunun mövqelərinə zərbələr endirməsini təsdiqləyib.

Nazirliyin nümayəndəsi İgor Konashenkov bildirib ki, əmri ali baş komandan, prezident Vladimir Putin verib və müdafiə naziri Sergei Shoygu bu barədə Kollektiv Təhlükəsialik Müqaviləsi Təşkilatı ölkələrinə məlumat verib.

Onun sözlərinə zərbələr yaraqlıların obyektləri, hərbi texnikaları, rabitə və əlaqə nöqtələri, nəqliyyat vasitələri, silah və yanacaq anbarlarına vurulur.

France-Press agentliyi Suriyadakı mənbələrə istinadla əməliyyatların Hama,Homs və Latakiyə əyalətlərində keçirildiyini xəbər verir.

Amma adı çəkilməyən ABŞ rəsmisi Reutersə zərbələrin məhz İslam Dövləti qrupunun mövqelərinə vurulmasını şübhə altında qoyub.

Buna da bax: Xədicə İsmayıldan yeni mesaj var

O qeyd edib ki, bu ABŞ-ın Suriyada terrorçuluqla mübarizədə əməkdaşlıq perespektivlərini ciddi çətinləşdirəcək.

Yüksək rütbəli ABŞ rəsmisi bundan əvvəl SNN-ə bildirib ki, Moskva Vaşinqtona əməliyyatın dayandırıldığını bildirib, amma zərbələrin yeri barədə məlumat verməyib.

Rəsmi Dəməşq sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putindən kömək istəməsini təsdiqləyib.

Söhbət Suriyaya hərbi təyyarələr göndərilməsindən gedir.

Bu bəyanatdan əvvəl Rusiyanın Federasiya Şurası yektilliklə prezident Putinin Suriyaya ordu göndərməsinə səlahiyyət verən qərar qəbul edib.

Prezident administrasiyasının rəhbəri Sergei İvanov səsvermədən sonra bildirib ki, söhbət yalnız Suriyaya hərbi-hava qüvvələri göndərilməsindən gedir və burda quru qoşunları nəzərdə tutulmur.

Qeyd edək ki, Moskva 4 ildir ki, davam edən Suriya müharibəsində prezident Bashar Assadın tərəfini saxlayır.

Son vaxtlar Rusiyanın Suriyada hərbi iştirakının artdığı müşahidə olunurdu.

XS
SM
MD
LG