Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:55

Yeniyetmə intiharlarına səbəb nədir?


Bakıda intihara cəhd
Bakıda intihara cəhd

►“15-16 yaşdan sonra uşaqlar arasında intihar halları artır. Uşaqlar arasında intihar hallarına məhz 15-16 yaşdan sonra daha çox təsadüf edilir”.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov belə deyir.

F.İsmayılov Trend-ə bildirib ki, yeniyetmə yaşlarında intihara cəhd səbəbləri arasında ilk yerdə romantik münasibətlər, ikinci yerdə isə abituriyentlik dayanır:

“15-17 yaşlı yeniyetmə gərgin və stressli dövr keçirir. İstədiyi nəticə olmayanda, bəzən bunu qəbul edə bilmir. Bəzilərinə isə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailəsi təzyiq göstərir. Nəticədə psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir”.

F.İsmayılov bildirir ki, intihara digər səbəb uşaqların keçid dövrü problemidir:

“Keçid dövründə uşaqların müstəqillik arzusu baş qaldırır. Bu zaman ailədə valideynlə uşaq arasında tez-tez konfliktlər ortaya çıxır. Hətta çox xırda məsələlər üstündə evdə ciddi söz-söhbət yaranır. Məsələn, uşaq bahalı telefon istəyir, valideyn isə onu almağa imkanının olmadığını bildirir. Bu kimi hallarda uşaqlar valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihar edirlər”.

Hazırda iki əsas tip yanlış valideyn davranışının olduğunu deyən mərkəz direktoru qeyd edir ki, birinci tipə aid olanlar övladlarının maddi təminatını ödəməklə işini bitmiş hesab edir. Problemləri ilə maraqlanmır, qayğısına qalmırlar. Digər tip valideynlərsə uşaqlarını həddən artıq sıxırlar, onlarla çox ciddi rəftar edir, lazımsız qadağalar qoyurlar .

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə internet təhlükəsizliyi sisteminin yaradılmasını vacib sayır.

S.Qəhrəmanova bildirir ki, uşaqlar arasında intihar hallarının qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə, xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir.

Rəsmi bilgilərə görə, Azərbaycanda 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə 71, 2014-cü ildə isə 50 uşaq intihar edib.

Elə dünən Neftçala rayonunda 11 yaşlı qız intihar edib.

Buna da bax:

Deputat: Novruz Bayramı öncəsi əfv olacaq
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

XS
SM
MD
LG