Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:36

Prezident Şuşada bəzi açlışlar edib


İlham Əliyev, yenidən Şuşaya qaytarılıb bərpa edilən Üzeyr Hcıbəylinin büstünün açılışını edir, (sağda yoldaşı Mehriban Əliyeva və qızı Leyla Əliyeva) Şuşa, 14 yanvar 2021
İlham Əliyev, yenidən Şuşaya qaytarılıb bərpa edilən Üzeyr Hcıbəylinin büstünün açılışını edir, (sağda yoldaşı Mehriban Əliyeva və qızı Leyla Əliyeva) Şuşa, 14 yanvar 2021

Avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Şuşa şəhərində olub. O, şəhərdə yenidən bərpa və təmir olunan bəzi obektlərin açılışını edib. Bundan başqa bir sıra yeni tikilinin təməlini qoyub.

Şəhərdə yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin və Azərbaycan şairi, ictimai-xadimi Molla Pənah Vaqifin( 1717- 179 7) muzey-məqbərə kompleksinin təmir-bərpadan sonra açılışı olub.

Azərtac-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışlarda iştirak ediblər. Onlar daha sonar da Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin (1885-1948) heykəlinin açılış mərasiminə qatılıblar.

Prezident habelə, Şuşada bəzi ictimai və yaşayış binasının təməlini qoyub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG