Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:57

Mingəçevir polisindəki ölüm işi məhkəməyə göndərildi


Bəhruz Hacıyev
Bəhruz Hacıyev

►Daha bir cinayət işi Mingəçevir şəhər Prokurorluğunun müstəntiqi Rəşadət Orucovun döyülməsi faktı üzrə başlanıb.

Üç nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub ki, onların arasında mərhum Bəhruz Hacıyevin əmisi oğlu Taleh Hacıyev də var

Mingəçevir Şəhər Polis Şöbəsində 27 yaşlı Bəhruz Hacıyevin müəmmalı şəraitdə dünyasını dəyişməsilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Bu ölüm işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu barədə AzadlıqRadiosuna mərhumun atası Dilsuz Hacıyevin nümayəndəsi Şəhla Hümbətova məlumat verib.

İşin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. Zərərçəkmişin nümayəndəsi cinayət işinin materialları ilə tanış olduqdan sonra onu qane etməyən məqamlarla bağlı vəsatətlər qaldırıb:

"Biz əlavə ekspertiza keçirilməsi barədə vəsatət verdik. Daha bir vəsatətimiz isə Bəhruz Hacıyev polis şöbəsində dünyasını dəyişərkən orada olmuş vəzifəli polislərin də cinayət məsuliyyətinə cəlb olunması haqda oldu. Həmin vaxt orada təkcə bir nəfər olmayıb axı... Amma vəsatətlərimizin heç biri təmin olunmadı".

Polis şöbəsində ölənin dostu danışır
Gözlə

No media source currently available

0:00 0:06:12 0:00

MÜSTƏNTİQİN DÖYÜLMƏSİ ARAŞDIRILIR

Mingəçevir polisində baş vermiş bu ölüm hadisəsindən sonra ayrı-ayrılıqda üç cinayət işi başlanıb.

Bunlardan biri Bəhruz Hacıyevin ölüm faktı ilə əlaqədar başlanmış cinayət işi idi ki, həmin iş üzrə polis şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadə məsuliyyətə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Daha bir cinayət işi Mingəçevir şəhər Prokurorluğunun müstəntiqi Rəşadət Orucovun döyülməsi faktı üzrə başlanıb.

Bu cinayət işi üzrə üç nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub ki, onların arasında mərhum Bəhruz Hacıyevin əmisi oğlu Taleh Hacıyev də var. Digər iki nəfər isə Mingəçevir sakinləridir. Onlara qarşı CM-nin 288-ci (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə, zor tətbiq etmə) maddəsilə ittiham irəli sürülüb. İttihama görə, Bəhruz Hacıyevin ölüm faktı üzrə dərhal cinayət işi başlanıb və müstəntiq Rəşadət Orucovun icraatına verilib. O, ekspertlə birlikdə meyitxanaya gəlib və orada meyitin müayinəsi zamanı mərhumun qohumları ilə mübahisə yaranıb, dava düşüb.

6 NƏFƏR HƏBSDƏDİR

Bu cinayət işinin də istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. Artıq istintaq yekunlaşıb və iş materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Üçüncü cinayət işi isə Bəhruz Hacıyevin dəfnindən sonra Mingəçevirdə baş vermiş etiraz mitinqilə əlaqədar başlanıb. Prokurorluq baş verənləri iğtişaş kimi qiymətləndirib və mitinqdə iştiraka görə 22 nəfər saxlanılıb, onlardan 16-ı 10-12 sutkalıq həbs cəzası alıb. Qalanları isə hələ də həbsdədir. Bu iş üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam edir.

Xatırladaq ki, Bəhruz Hacıyev ötən il avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində dünyasını dəyişib. Polisin məlumatında onun özünü idarənin pəncərəsindən atıb intihar etdiyi bildirilib. Bəhruz Hacıyevin yaxınları isə intihar barədə deyilənlərlə razılaşmır və onun işgəncə ilə öldürüldüyünü iddia edir.

Buna da bax...

Ölən gəncin atası: "Lazım olsa oğlumu 10 dəfə qəbirdən çıxartdıracam"
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

XS
SM
MD
LG