Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:45

Paşinyan Moskvada Putin və Əliyevlə görüş olacağını deyir


2022-ci ilin oktyabrında Soçidə keçirilmiş üçtərəfli görüş (Arxiv fotosu)
2022-ci ilin oktyabrında Soçidə keçirilmiş üçtərəfli görüş (Arxiv fotosu)

Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşkil etdiyi görüşdən sonra və iyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakilə keçiriləcək görüşdən əvvəl Moskvada daha bir Putin-Əliyev-Paşinyan görüşü olacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı mayın 18-də Ermənistanın baş naziri verib.

Lakin Paşinyan həmin görüşün gündəlik və detallarını açıqlamayıb:

“Bizə artıq Rusiya tərəfinin mayın 25-də Moskvada Rusiya Federasiyasının vasitəçiliyi ilə yüksək səviyyədə görüş keçirilməsi təklifi daxil olub. Biz bu təklifi qəbul etmişik. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakilə beştərəfli görüşün iyunun 1-də Avropa siyasi icmasının ikinci sammitinin çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılıb”.

Azatutyun yazır ki, gələn həftə Moskvada Putinin vasitəçiliyi ilə keçiriləcək görüş barədə hələ ki, rəsmi Moskva və rəsmi Bakı məlumat verməyiblər.

Paşinyan deyib ki, oktyabrda İspaniyanın Qranada şəhərində Qərbin vasitəçiliyi ilə daha bir beştərəfli görüşün keçirilməsinə dair razılaşma var.

Azatutyun baş nazirə istinadla yazır ki, mayın 25-də keçiriləcək üçtərəfli görüşdən əvvəl Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşəcəklər.

Xankəndi erməniləri necə oldu ki, silahlandı? Xankəndinin birbaşa Moskvaya tabe olduğu "Volski dönəmi". #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Ərazi bütövlüyü

Mayın 18-də keçirilən hökumət müşavirəsində Paşinyan yenə də Brüsseldə müzakirə olunmuş mövzulara toxunub.

O deyib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını təsdiq ediblər:

“Mayın 14-də biz mahiyyətcə daha bir addım atmışıq. Avropa Şurası prezidentinin 14 may görüşünün yekunlarına dair bəyanatında deyildiyi kimi biz qeyd etmişik ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr ərazidə, Ermənistan isə Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazidə ərazi bütövlüyünü tanıyır”.

Paşinyan vurğulayıb ki, bu, regionda stabilliyin bərqərar edilməsi yolunda mühüm addımdır.

Ermənistanda əsgər valideynləri Paşinyanın oğlunu həqiqətən qaçırıb? - Detallar açıqlanır
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Bakı-Xankəndi dialoqu

Qarabağ haqqında danışan Paşinyan deyib ki, Brüsseldə habelə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi müzakirə olunub:

“Diqqətinizi xüsusilə belə bir məqama cəlb etmək istəyirəm ki, mayın 14-də keçirilmiş üçtərəfli görüşün nəticələrinə dair bəyanatda Bakı və Stepanakert (Xankəndi-red) arasında beynəlxalq icma ilə birlikdə Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə dialoqun mühümlüyü vurğulanıb.”

Baş nazir deyib ki, bu proses Azərbaycanla real və hərtərəfli münasibətlərin tənzimlənməsi üçün lazımdır.

Paşinyan deyib ki, sözü gedən məsələlərdən başqa onunla Əliyev arasında Şarl Mişelin vasitəçiliyi ilə dəmir yollarının bərpası, əsirlərin və başqa saxlanan şəxslərin qaytarılması məsələləri müzakirə olunub.

Ermənistanla sərhədlərin açılmasına necə baxırsız? - Ankarada sorğu
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Xatırlatma

Avropa Şurasının sədri Şarl Mişel mayın 14-də mediaya bildirib ki, liderlər iki ölkənin ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq ediblər və sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq.

Mişel tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlik müzakirələrində aydın irəliləyişin əldə edildiyini vurğulayıb.

Bu həftə iki ölkənin xarici işlər nazirləri Moskvada görüşməlidir. İyunun əvvəlində və iyulda isə liderlərin Kişinyovda, daha sonra Brüsseldə bir araya gələcəyi gözlənilir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG