Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Ölkəyə yeni, ABŞ istehsallı pambıqyığan kombaynlar gətirilir


Pambıq yığımı
Pambıq yığımı

“Maşınlar tarlaya, kətmənlər əllərə!”

Pambığın becərilməsində və yığımında tələb olunan 1890 ədəd kənd təsərrüfatı texnikasının 1585 ədədi Azərbaycana gətirilib. Dövlət hesabına alınan bu kombaynlarını 183 ədədi hələ yoldadır.

Öncə məşğulluq?

Əsasən, ABŞ-ın «John Deere» şirkətinin istehsalı olan pambıqyığan kombaynların oktyabrın 15-dək gətiriləcəyini deyən Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AzadlıqRadiosuna bu texnikanın pambıq yığımında əl əməyini tam əvəzləməyəcəyini də bildirib:

«Pambıqçılıq təsərrüfatlarının ixtiyarına verilən texnika məhsulun tez bir zamanda və itkisiz yığılmasına imkan verəcək. Amma bununla belə kombaynlarla birgə, sahələrə pambıqçılar da çıxacaqlar. Çünki, hökumətin prioritetlərindən biri də aqrar sahədə məşğulluğun təmin edilməsidir».

Buna da bax:​ 'Qara qızıl' öldü, yaşasın 'ağ qızıl'!

Hökumət külli miqdarda vəsait ayırır

Nazirlik rəsmisinin verdiyi məlumata görə, 2015-ci ildə pambıq becərilməsi və yığımı üçün «Aqrolizinq» ASC xətti ilə 5,7 milyon manat dəyərində 249 ədəd kənd təsərrüfatı texnikası alınıb. Bu ilsə hökumət həmin məqsədlə 78 milyon ABŞ dolları ayırıb.

Bəzi özəl təsərrüfatlar əvvəlki illərdə də pambıqyığan kombaynların imkanlarından yararlanıb. Hazırda bəzi təsərrüfatlarda yığım kombaynla aparılır.

Hər min hektara 1,7 kombayn?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə ölkədə 38 pambıqyığan texnika vardısa, bu ilin əvvəlinə onların sayı 86-ya çatıb. Bu, hər min hektara 1,7 ədəd kombayn deməkdir. Gələn il əkin sahələrini 130 min hektara çatdırmaq nəzərdə tutulur. Yeni alınacaq kombaynlar da sayılsa, bu hesabla hər min hektar sahəyə cəmi 2 kombayn çıxa bilər. Bu isə əllə pambıq yığımının əvvəlki kimi yüksək səviyyədə qalacağı deməkdir.

Buna da bax:​ Pambığın xeyrini fermerdən çox şirkətlər görəcək

Bu il pambıq sahələri 3 dəfə artaraq, 51 min hektara çatıb. Mütəxəssislər hər hektardan 2 ton – ötən ildəkindən 120 kq çox məhsul yığılacağını gözləyirlər.

Azərbaycanda pambıq yığımı dekabr ayının əvvəlinədək aparılır.

Ekspert: «Pambığın gəlir gətirməsindən ötrü məhsuldarlıq 2 dəfəyədək artmalıdır»

Hesablamalar 2014-ci ildə pambıq satan müəssisələrin hər 100 kq məhsula görə rentabelliyinin 46,3 faiz olduğunu deyir. Ötən il bu göstərici 10,6 faizə düşüb.

İqtisadçı ekspert Rövşən Ağayev yazır ki, indiki alış qiyməti ilə pambıqçılığın fermerlərə normal gəlir gətirən bir sahəyə çevrilməsi üçün hər hektarın məhsuldarlığı 3,5-4 tondan aşağı olmamalıdır.

XS
SM
MD
LG