Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Obama pilotun ölümündən təəssüf bildirdi


Vladimir Putin və Barack Obama
Vladimir Putin və Barack Obama

ABŞ prezidenti Barack Obama noyabrın 30-da Rusiya prezidenti Vladimir Putini Türkiyə ilə münasibətlərdə gərginliyi azaltmağa çağırıb.

Ağ ev və Kremlin məlumatına görə, Obama 2 ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan rusiyalı pilotun ölümündən təəssüf bildirib.

Kremlin sözçüsü Dimitry Peskovun sözlərinə görə, liderlər 30 dəqiqləik təkbətək görüşdə Suriya böhranını müzakirə edib və bu müharibənin siyasi dialoq yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər.

Ağ evin rəsmisinin sözlərinə görə, Obama Putinə deyib ki, prezident Bashar Assad Suriyada istənilən siyasi keçiddə hakimiyyətdən getməlidir.

Rəsminin dediyinə görə Obama həmçinin Putini Suriyada hava zərbələri zamanı üsyançıların yox, “İslam Dövləti” qrupunun mövqelərini vurmağa çağırıb.

Dimitry Peskovun sözlərinə görə, tərəflər Ukrayna münaqişəsini və Minsk sülh razılaşmasının həyata keçirilməsinin vacibliyini müzakirə ediblər. (Ardı aşağıda)

--

Parisdə ABŞ və Rusiya prezidentlərinin görüşü olub.

Barack Obama ilə Vladimir Putin beynəlxalq iqlim konfransı çərçivəsində görüşüblər.Obama ilə Putin sonuncu dəfə iki həftə bundan əvvəl 20-lər ölkələrinin Antaliyada keçirilən sammiti çərçivəsində görüşmüşdülər və bu qeyri-rəsmi xarakter daşıyırdı.

Tərəflər arasında son rəsmi görüş isə bu il sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində olub.

Qeyd edək ki, Ukraynanın ötən ilin martında Krımı ilhaq eləmsi və Ukraynanın şərqindəki münaqişədən sonra tərəflər arasında münasibətlə kəskin soyuqlaşıb.

ABŞ və digər qərb ölkələri buna görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

XS
SM
MD
LG