Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:39

Azərbaycan neft hasilatının "dondurulmasına" razıdır


Rövnəq Abdullayev, SOCAR-ın prezidenti
Rövnəq Abdullayev, SOCAR-ın prezidenti

-

SOCAR prezidenti R. Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində «dondurulması» təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.

Xəbəri Virtualaz.org saytı yayıb.

Bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, Azərbaycan və Qazaxıstanın neft hasilatının «dondurulması» təşəbbüsünə qoşulacağına ümid edir. Üstəlik düşünür ki, Azərbaycanla Qazaxıstan OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər.

Neft eksperti İlham Şaban da öz facebook hesabında bunu dəyərləndirib:

"Söhbət SOCAR-ın hasilatından gedir. Rövnəq Abdullayevin açıqlamasında "Azneft"in hasilatının dondurulması məntiqə uyğundur. Belə ki, "Azneft" cari ildə hasilatı artırmaq potensialına malik idi”.

Rusiya neft şirkətlərinin rəhbərləri hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində saxlamaq barədə razılığa gəliblər. Prezident Vladimir Putinin ölkənin başlıca neft-qaz şirkətlərinin rəhbərləri ilə martın 1-də Kremldə keçirdiyi görüşdən sonra bu xəbər açıqlanıb.
15-dən çox ölkənin belə bir qəarar verdiyi bildirilir.

XS
SM
MD
LG