Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:00

Əfqan Muxtarlının iki istəyi var


Əfqan Muxtarlı məhkəməyə gətirilərkən. 31may2017
Əfqan Muxtarlı məhkəməyə gətirilərkən. 31may2017

Həbsdəki jurnalist Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirinin onunla görüşməsini istəyir.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkil Ə.Muxtarlı ilə iyunun 6-da təcridxanada görüşüb. Jurnalistin əhval ruhiyyəsinin yüksək olduğunu deyən vəkil onun iki məsələ ilə bağlı istəyinin olduğunu bildirib.

“Birinci məsələ Gürcüstanın Azərbaycandakı səfiri ilə bağlıdır. Ə.Muxtarlı oğurlanaraq Azərbaycana gətirilənədək müvəqqəti yaşadığı ölkənin səfirinin onunla görüşməsini xahiş edir”, – deyən vəkil tezliklə belə bir görüşün baş tutmasından ötrü hüquqi vasitələrdən də istifadə edəcəklərini bildirib.

Buna da bax:​ 23 beynəlxalq QHT-dən Əfqan Muxtarlı müraciəti

Ə.Muxtarlının digər istəyi ailəsinə Gürcüstan vətəndaşlığının verilməsi məsələsi ilə bağlıdır.

Videogörüntüləri yayın!

“Gürcüstan tərəfindən, media, jurnalistlər tərəfindən tez-tez bu məsələ gündəmə gətirilir ki, vətəndaşlıq verilərsə, Ə.Muxtarlı oğurlanması olayına göz yumacaqmı? Ə.Muxtarlı deyir ki, o, adam oğurluğuna göz yummaqda olan ölkənin vətəndaşı olmaq istəmir. Oğurluq olayının araşdırılmasını, günahkarların cəzalandırılmasını xahiş edir. Hesab edir ki, Gürcüstan hökuməti onun oğurlandığı ərazilərdə quraşdırılmış kameralarına düşən görüntüləri yaymalıdır. Bundan başqa Gürcüstanın Laqodexi sərhəd-nəzarət məntəqəsinin görüntülərinin də yayılmasını istəyir”, – vəkil bildirib.

Buna da bax:​ Gürcüstan Leyla Mustafayevaya dövlət mühafizəsi ayırıb [video]

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili bu günlər bildirmişdi ki, əgər Ə.Muxtarlının ailəsi onların vətəndaşlığını istəyərsə bu məsələnin tezləşməsindən ötrü prezidentə müraciət edə bilər. Bu məsələ ilə bağlı Gürcüstan daxili işlər nazir ilə görüşən Ə.Muxtarlının xanımı isə demişdi ki, onun həyat yoldaşının oğurlandığı ölkənin vətəndaşlığını istəmir.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax:​ Əfqan Muxtarlı olayı mühacirlərin həyatında nəyi dəyişir?

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarının bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG