Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:50

İcazəli mitinqə də getmək olmaz? [video]


Keçmiş nazirin həbs müddəti daha 7 il uzadıldı
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Müxalifətin 8 aprel aksiyasına gedənlərə təzyiqlər edilir, keçmiş nazirin həbs müddəti daha 7 il uzadıldı... [A-Live]

Azərbaycan müəllimi müxalifət partiyasının üzvü ola bilərmi, müxalifətin mitinqinə qatıla bilərmi?

Konstitusiya buna məhdudiyyət qoymur, amma Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, Milli Şuranın sonuncu, 8 aprel mitinqindən sonra partiyanın bəzi üzvlərinə - müəllimlərə qarşı xüsusi bir kampaniya başlayıb.

Buna da bax:​ Əli Kərimli prokurorluğa çağırılıb

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli deyir ki, indiyə qədər də partiya üzvləri büdcə təşkilatlarına yaxın qoyulmurdu, onların şəxsi biznesinə də maneçilik törədilirdi, amma müəllimlərin işdən çıxarılmasına rast gəlinmirdi:

“Müəllimləri siyasi mövqeyinə görə işdən çıxarmaq ağıllarına gəlməmişdi. Son mərhələdə müəllimlərə qarşı çox aqressiv bir siyasət həyata keçirirlər. Onlardan açıq aşkar tələb olunur ki, ya partiyadan çıxmalıdırlar, bu barədə bəyanat verməlidirlər, ya da onlar iş yerlərini itirəcəklər. Artıq bizim bir sıra cəbhəçi müəllimlərə belə təzyiqlər olub, onlar bizə bu haqda məlumat veriblər. Hələlik işdən çıxarılan yoxdur, amma bu müzakirə nazirliklə müəllimlər arasında aparılır”.

Buna da bax:​ Deputat: 'Mən də Yaponiyada oturub bura o qədər daş ataram ki'

Biz Təhsil Nazirliyinin mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı.

Partiyanın Neftçala rayon şöbəsinin müdiri, orta məktəb müəllimi Əflatun Əhmədzadə AzadlıqRadiosu-na müsahibəsində deyir ki, rayonun adını çəkmək istəmədiyi bir nüfuzlu qurumundan ona təzyiq edirlər:

“Ad çəkməyəcəm, çünki razılıq oldu ki, ad çəkməyim. Amma məsələ belədir ki, bizə deyirlər ki, biz aprel mitinqində olmuşuq, amma həqiqətən də olmamışıq. Çağırdılar ki, ya partiyadan istefa verin, ya da ki, sizi işdən çıxardacağıq. Təbii olaraq mən də razılaşmadım, dedim, buyurun, çıxarın amma mən partiyadan heç vaxt imtina etməyəcəm”.

Buna da bax:​ Əli Kərimli: 'Bu işdə biz zərərçəkənik'

AXCP hələ ki, təzyiq olunan başqa müəllimin adını çəkmir. Sədr müavini Gözəl Bayramlı deyir ki, aprel mitinqindən sonra prezident Administrasiyasında xüsusi bir toplantının olması, bu mitinqdə iştirak edənlərin cəzalandırılmasına dair tapşırığın olması barədə onlarda məlumat var.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə isə deyir ki, o, rayonlardakı müəllimlərlə tez-tez görüşür, təzyiqlər barədə heç nə eşitməyib.

Buna da bax:​ G.Bayramlı: 'Siyavuş Novruzovun ittihamları gülüncdür'

Asim Mollazadə
Asim Mollazadə

Partiyanın şikayəti yalnız müəllimlər barədə deyil. AXCP Şəki şəhər şöbəsinin üzvü Əli Abdullayev də iddia edir ki, 8 aprel mitinqindən sonra onu polisə çağırıb, hədələyiblər ki, bu işlərdən uzaq dursun. “Mənə “dünyanı sən düzəltməyəcəksən” dedilər, yoxsa işdən çıxarılacaqsan”.

Əli Abdullayev deyir ki, onu bu günlərdə çalışdığı bir özəl şirkətdən səbəbsiz yerə işdən çıxarıblar.

Buna da bax:​ AXCP Avropa Məhkəməsinə müraciət edəcək

Azərbaycan hakim partiya üzvləri müxalifət partiyaları üzvlərinə hansısa təzyiqin olması barədə iddiaları adətən rədd edirlər.

XS
SM
MD
LG