Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:47

Agentlərə verilməsi adı ilə pullar...


Casus. Foto illüstrasiya
Casus. Foto illüstrasiya

Həbsdə olan MTN generallarına verilmiş agentura pullarının mənimsənilməsi ittihamıyla bağlı nazirliyin Maliyyə İdarəsinə rəhbərlik etmiş şəxslər də dindirilib. MTN-in sələfi olan Dövlət Təhlükəsizliyi Xidmətində bu gün də eyni vəzifədə fəaliyyətini davam etdirən həmin şəxslər mənimsənilmiş milyonlara görə məsuliyyətin dolayısıyla keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun üzərində olduğunu söyləyiblər.

Konkret olaraq, MTN generalı, nazirliyin Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevin işində 6 milyon 363 min manat, 1 milyon 712 min dollar və 32 min 800 avroluq mənimsəmədən söhbət gedir.

NAZİRİN GÖSTƏRİŞİYLƏ...

MTN-in Maliyyə idarəsinin rəisi vəzifəsində çalışmış, hazırda da DTX-da eyni vəzifəni tutan Rəşad Hüseynov prokurorluqda dindirilərkən deyib ki, MTN-də, bir qayda olaraq, böyük məbləğdə pul götürülməsi üçün əməliyyat strukturlarının rəhbərləri raportlar tərtib edirdi. Raportlarda mütləq keçmiş nazir E.Mahmudov və ya onun vəzifəsini icra edən şəxsin də imzası olurdu. Bundan sonra Maliyyə idarəsindən istənilən məbləğ verilirdi:

***Buna da bax-MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

«Bu şəkildə raportlar Maliyyə idarəsinə daxil olduqdan sonra icra edilməsi üçün icraçıya yönəldilirdi».

R.Hüseynov general E.Quliyevin raportları əsasında da dəfələrlə pul verildiyini təsdiqləsə də, götürülmüş vəsaitlərin hara xərclənməsi, kimə çatmasından xəbərsiz olduğunu bildirib.

MTN
MTN

Keçmiş MTN-in, hazırda isə DTX-nın Maliyyə idarəsinin Xüsusi xərclər şöbəsinə rəhbərlik edən Elmar Mehdiyev də bənzər ifadə verib. Deyib ki, əməliyyat xərcləri, şəxsi agentlərə verilməsi adıyla pulların götürülməsi nazir E.Mahmudovun göstərişi əsasında baş verib. Raportlarda mütləq nazir və ya onu əvəz edənin imzası olub:

***Buna da bax-'Vüsal Ələkbərov işi': Polis rəisinin atasından 1 milyon necə alınıb?

«Raportlar imzalandıqdan sonra Maliyyə idarəsinə göndərilirdi. Maliyyə idarəsinin xəzinəsindən həmin vəsaitlər kassa məxaric orderi ilə verilib. Amma həmin raportlar xəzinəyə təqdim edilmirdi və rəhbəri olduğu şöbədə müvafiq işlərə tikilirdi. Götürülən pulların hara xərclənməsi haqda heç bir məlumatım yoxdur, çünki həmin vəsaitlərin hara xərclənməsinə və ya kiməsə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırlar».

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub.

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

XS
SM
MD
LG