Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Mirziyoyev də hakimiyyətini uzatmaq istəyir


Şavkat Mirziyoyev
Şavkat Mirziyoyev

Konstitusiya dəyişiklikləri Mirziyoyevin bundan əvvəlki prezidentlik müddətlərini “sıfırlayacaq” və beləliklə onun namizədliyini üçüncü dəfə irəli sürməsinə imkan yaranacaq.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Konstitusiyaya düzəlişlər təklif edib.

Bu düzəlişlərdən biri ona üçüncü müddətə prezident olmaq imkanı verməlidir.

Mirziyoyev iyunun 20-də deyib ki, o ötən ilin dekabrında düzəlişləri təklif edəndən sonra ölkə vətəndaşlarından 48 min 500 təklif daxil olub:

"Düşünürəm ki, biz konstitusiya islahatlarını vətəndaşların arzu və dəstəyini nəzərə alaraq referendumla qəbul etsək, bu, xalqın iradəsi, əsl xalq konstitusiyası olar”.

Prezident əlavə edib ki, dünyada yaranmış təhlükəli və mürəkkəb vəziyyətə görə konstitusiya dəyişikliklərinin qəbulu zəruridir.

O vəziyyətin təhlükəliliyinin və mürəkkəbliyinin konkret olaraq nədən ibarət olduğunu deməyib.

Özbəkistan parlamenti yuxarı palaraytasının spiker müavini Sodiq Safoyev bundan əvvəl Kun.az saytına müsahibəsində demişdi ki, sözü gedən dəyişikliklər Mirziyoyevin bundan əvvəlki prezidentlik müddətlərini “sıfırlayacaq” və beləliklə onun namizədliyini üçüncü dəfə irəli sürməsinə imkan yaranacaq.

Karimov kimi

Hazırkı seçki qanununa görə bir şəxs yalnız hərəsi 5 il olmaqla iki dəfə prezident seçilə bilər.

64 yaşlı Mirziyoyev özünün indiki ikinci müddətinə ötən ilin oktyabrında seçilib.

Onun rəqibləri cəmiyyətdə az tanınan hökumətyönlü dörd nəfər idi.

Bu seçkidə müxalifət namizədlərinin qeydiyyatına icazə verilməmişdi.

Mirziyoyev iyunun 20-də habelə ölüm cəzasından danışıb və deyib ki, bu cəzanın qadağan olunması konstituisya ilə təbsit edilməlidir.

Özbəkitanda 1990-cı illərdən bəri ölüm hökmlərinin icrasına moratorium qoyulub.

Mirziyoyev prezident seçildikdən sonra əhalisi 35 milyon nəfər olan ölkənin qapılarını xarici investisiyalar üçün açıb, qonşularla münasibətləri normallaşdırıb və onlarca siyasi məhbusu həbsxanalardan azad edib.

Mirziyoyev hakimiyyətə 2016-cı ildə ölkənin avtoritar lideri İslam Karimov vəfat etdikdən sonra gəlib.

Müşahidəçilər bildirirlər ki, Mirziyoyev də xələfi kimi məhdudiyyətsiz hakimiyyətə malikdir.

O da Karimov kimi korrupsiyada və şəxsi sərvət yığmaqda ittiham olunub.

XS
SM
MD
LG