Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Almanlar miqrantlara üzgüçülük hovuzunu qadağan ediblər


Almaniyanın Bornhaym şəhərində yerli qadınların təhlükəsizliyi üçün kişi qaçqınların üzgüçülük hovuzuna gəlmələrinə qadağan qoyulub.

Almaniyada Köln şəhərində miqrantların yerli qadınlara kütləvi seksual təcavüzlərinin ardınca ölkənin başqa bir şəhəri istirahət mərkəzinin qapılarını qaçqınların üzünə bağlayıb

Avropa mediası xəbər verir ki, Almaniyanın Bornhaym şəhərində miqrantalrın istirahət mərkəzinə buraxılmamasına səbəb ölkə boyunca ərəb əsilli qaçqınların ölkənin başqa şəhərlərində qadınlara qarşı zorakılıqlarının davam etməsi olub.

Qadınlar “silahlanırlar”

Münhen şəhərinin hakimiyyət orqanları bildiriblər ki, “bir dəstə suriyalı oğlan istirahət mərkəzinin üzgüçülük hovuzunda 17 yaşlı alman qıza qarşı seksual təcavüzdə bulunub”.

Almaniya qəzetləri yazırlar ki, bundan sonra yeniyetmələrdən ibarət dəstə həmin qızın 14 yaşlı bacısına qarşı nalayiq hərəkətlərə yol verib.

Qızlar hovuzdan qaçaraq polisə zəng ediblər.

Almaniyada qaçqınların qadınlara qarşı zorakılığı ictimai rəyə təsir edir
Almaniyada qaçqınların qadınlara qarşı zorakılığı ictimai rəyə təsir edir

Bu hadisə ilə əlaqədar ən böyüyünün yaşı 15 olan suriyalılar həbs ediliblər.

Məhz bu hadisədən sonra Bornhaym bələdiyyəsi miqrantlatın istirahət mərkəzinə gəlmələrini qadağan edib.

Bu ərazidə baş vermis başqa bir hadisədə 18 yaşlı qaçqın 54 yaşlı qadına “hörmətsizlik” nümayiş etdirib.

Qadın yalnız qışqırdıqdan sonra, ətrafdakılar onu hücum edənin əlindən ala biliblər.

Bornhaym şəhəri merinin müavini Markus Schnapka deyib ki, qəbul edilmiş qərarlar günahsız qaçqınların xətrinə dəysə də, başqa çıxış yolu yoxdur.

Həbs edilmiş üç suriyalı yeniyetmənin yetkinlik yaşına çatmamamışlara aid qanunlarla mühakimə ediləcəyi bildirilib.

Berlin də daxil Almaniyanın bir çox şəhərlərində narahat qadınlar “idman tapançaları” və “xardal qazı baloncuqları” ilə “silahlanırlar”.

Bu cür müdafiə vasitələrinə tələbatın kəskin artdığı xəbər verilir.

Hər xəbərə 10 min avro

Almaniya polisinin verdiyi xəbərə görə, Yeni il axşamı 500-dən çox qadın zorlama da daxil seksual təcavüzə məruz qalıb. Onların həmçinin döyüldüyü və qarət olunduğu xəbər verilib.

Vestfaliya əyalətinin polis rəisi bildirib ki, eyni qadına qarşı həm seksual təcavüz, həm də qarətin eyni vaxtda törədilməsi Almaniya üçün nadir cinayət növüdür.

Köln şəhərinin prokurorluğu qadınlardan alınmış 652 şikayət ərizəsini araşdırır. Bunlardan azı 331 seksual təcavüz halları ilə bağlıdır

Köln şəhərinin prokurorluğu hazırda bu kimi hadisələrlə bağlı 652 şikayət ərizəsini araşdırır.

Bunlardan azı 331 seksual təcavüz halları ilə bağlıdır.

Almaniya ictimaiyyəti o qədər qəzəblidir ki, polis təcavüz edənlərin kimliyi barədə hər bir informasiyaya 10 min avro mükafat qoyub.

Qadınalara təcavüz edənlərin demək olar hamısının Şimali Afrika və ərəb əsilli olduqları müəyyən edilib.

Almaniya kansleri Angela Merkel qaçqınlara nünasibətdə “açıq qapılar” siyasətinə görə sərt tənqid edilir.

Almaniyanın “Süddeutsche Zeitung” qəzeti qadınlar üzərinə hücumların eyni bir mərkəzdən əlaqələndirildiyi barədə məqalə dərc edib.

XS
SM
MD
LG