Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:50

Avstraliya da miqrantlara əl uzatdı


Avropaya axışan miqrantlardan
Avropaya axışan miqrantlardan

-

Avstraliya Suriya və İraqdan daha çox sayda qaçqın qəbul edəcək və humanitar əməliyyatlar üçün yardımın həcmini artıracaq.

Bu barədə ölkənin baş naziri Tony Abbot açıqlama verib. Bildirilir ki, baş nazir belə bir qərarı aparıcı Avstraliya siyasətçilərinin təsiri altında qəbul etməli olub.

Baş nazir konkret rəqəm açıqlamayıb, amma deyib ki, daha çox təqiblərə məruz qalıb Yaxın Şərqdə düşərgələrdə qalan milli azlıqlardan olan qaçqınlara üstünlük veriləcək.

Tony Abbot Yaxın Şərq regionunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini də vurğulayıb.

Reuters-in məlumatına görə, bu həftə Avstraliya hökuməti Suriyada “İslam Dövləti” terror qruplaşması ilə mübarizə məqsədilə yaradılmış beynəlxalq koalisiyaya qoşulub-qoşulmayacağı qərarını açıqlamalıdır.

Tony Abbotun sözügedən açıqlaması Avropanı miqrasiya böhranı bürüdüyü bir vaxta təsadüf edir. Sentyabrın 5-də Avstriya və Almaniya əsasən Suriyadan olan minlərlə miqrantı qəbul edib.

2014-cü ilin iyul ayından 2015-ci ilin iyun ayınadək Avstraliya bütün dünyadan olan 13 min 750 qaçqın qəbul edib, onlardan 4400-ü Suriya və İraqdan gəliblər. 2018-ci ildə ölkədə qaçqınların sayının 18 min 750 olacağı gözlənilir.

XS
SM
MD
LG