Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Bu il məktəbli forması qıtlığı olacaqmı...


Məktəbli formalarının sayı niyə yetərli deyil?
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Məktəbli formalarının sayı niyə yetərli deyil? (Arxiv. 2022)

Sentyabrdan vahid məktəb formasının bütün şagirdlərə tətbiq ediləcəyi deyilir. Formanın yeni dizaynda olacağı və şagirdlərin ötən ildən qalan formanı geyinə bilməyəcəyi bildirilir.

Ötən il məktəbli formasının qıtlığı müşahidə olunurdu. Belə olan halda, bu il belə şərtlərlə eyni halın yaşanması istisna edilmir.

Bakı məktəblərinin birində təhsil alan 8-ci sinif şagirdinin anası Lalə Məmmədova (adı şərtidir) AzadlıqRadiosuna bildirib ki, onlara hələ də məktəbdə hansı formadan istifadə ediləcəyi haqda xəbər verilməyib: "Bizə dedilər ki, üç rəngdə və fərqli dizaynda formalar var. Amma biz forma ala bilmirik, çünki məktəbdə hansı forma geyiniləcək, hələlik bizə deyilməyib. Axırıncı məqamını gözləyəcəklər ki, hamı mağazalara axışsın, növbələr yaransın".

Valideynə tədris ilinin sonunda ötən ildən qalan məktəbli formasından istifadə edə bilməyəcəkləri də deyilib: "Əslində bu, bəzən heç mümkün olmur, çünki keyfiyyəti o qədər də yaxşı deyil, rəngi tez qaçır, material xarab olur. Bu da cibimiz üçün əlavə xərcdir".

Məktəb üzü görməyən uşaqlar...
Gözlə

No media source currently available

0:00 0:07:16 0:00

Forma dörd rəngdə təsdiqlənib

Məktəbli formasının tikişi ilə məşğul olan "Bakı Tikiş Evi" ASC-dən "Turan"a bildirilib ki, ötən ildə yaranmış növbələri nəzərə alaraq bu il formaların tikilməsi maydan başlanıb və gün ərzində təxminən min ədəd forma tikilərək təhvil verilir: "Məktəbli forması dörd rəngdə təsdiqlənib. Onlardan üçü – göy, boz və qəhvəyi rəngli formalar hazırdır. Məktəb özü qərar verir ki, şagirdlərinin forması hansı rəngdə olsun. Həmin formanı şagird üç il geyinə bilər. Ötən il forma alınıbsa, bu il və gələn il şagird onu geyinə bilər".

Formaların qiymətinə gəlincə, uzunqol və qısaqol köynəklərin qiyməti 15 manat, ətək və şalvarların 25 manat, jaketin isə 30 manatdır.

Məktəblərin bir neçəsindən isə "Turan"a avqustun sonunda məzuniyyətdən qayıdanda qərar veriləcəyi, bir neçəsindən isə nazirliyin qərarını gözlədikləri bildirilib.

"Pedaqoji şura formadan imtina edərsə..."

Elm və Təhsil Nazirliyindən "Turan"a deyilib ki, 2023-2024-cü tədris ilindən etibarən şagirdlər yeni vahid məktəbli formasına keçid edəcəklər: "Yeni formalara keçidi məktəb, pedaqoji şura müəyyən edir. Məktəb vahid formaya keçid etməyə bilər. Pedaqoji şura formadan imtina edərsə, şagirdlərdən vahid forma tələb edilməyəcək".

Ana çörəkpulunu zibil yığmaqdan çıxarır, uşaqlar məktəbə gedə bilmirlər
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

Ən azı beş il formaları dəyişməmək

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun qənaətinə görə, məktəbli formasının mütəmadi olaraq dəyişməsi ailələrin büdcəsinə mənfi təsir göstərir. Buna görə də ən azı beş il ərzində məktəblərin formaları dəyişməməsini təklif edir.

AzadlıqRadiosuna danışan mütəxəssis məktəbli formasının qiymətinin keyfiyyətinə uyğun olmadığını da qeyd edir: "Keyfiyyət aşağıdır və bir neçə dəfə yuyulandan sonra parçalar xarab olur. Məktəbli formaları ilə bağlı eskizlər müəyyənləşdirilib, amma parçanın keyfiyyəti ilə bağlı standartlar yoxdur... Hesab edirəm ki, bütün bu formalar ölkədə tikilməlidir. 2011-ci ildə işbazlar formanı Çində sifariş edib ölkəyə gətirdilər. Həmin forma da çox keyfiyyətsiz olub".

Bakı Tikiş Evindən (BTE) isə parçaların Türkiyə və Belarusdan alındığını və bütün keyfiyyət standartlarına uyğun olduğunu bildirirlər.

XS
SM
MD
LG