Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:34

Makron İranı təcili danışıqlara çağırdı


Fransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron

İranla-ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya arasında imzalanmış nüvə sazişində İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərədə tutulur.

Ermənistanın müdafiə naziri Emmanuel Makron İranı, 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı danışıqlara çağırıb.

Bu barədə AzadlıqRadiosu avqustun 9-da Reüters və digər qərb agentliklərinə istinadla xəbər verir.

Amma məlumatda bildirilir ki, İranın yeni prezidenti İbrahim Rəisi bildirib ki, öncə İranın “hüquqlarına” təminat verilməlidir.

Makron avqustun 9-da Rəisi ilə telefon söhbətindən sonra, Tehranı yekun razılığa gəlmək üçün danışıqları təcili Vyanda bərpa etməyə və İranı nüvə fəaliyyətinə son qoymağa çağırıb.

İran prezidentinin rəsmi saytına görə, Rəisi Makronla telefon söhbəti zamanı bildirib ki, istənilən danışıqda İran xalqının hüquqları qorunmalı və onun mənafei təmin olunmalıdır.

Qeyd edək ki, İranla-ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya arasında imzalanmış həmin razılaşmada İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərədə tutulur.

Amma ABŞ-ın keçmiş prezidenti Donald Trump 2018-ci ildə bu sazişdən birtərəfli qaydada çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib.

Bu mənbələrin yazdıqlarına görə, indi tərəflər apreldən bu məsələnin müzakirəsinə başlasalar da hələlik yekun qərara gələ bilməyiblər.

Qərb informasiya agentliklərinin məlumatına görə, Avropa Birliyinin yüksək səlahiyyətli rəsmisi avqustun 7-də, artıq İranın sentyabrın əvvəllərində danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

AFP və dpa agentliklərinin məlumatına görə, Avropa Birliyinin danışıqlar üzrə rəsmisi Enrike Mora ötən həftə Tehranda Rəisinin andiçmə mərasimində iştirak edib və İranın danışıqlar üzrə yeni rəsmisi Hossein Amir-Abdollahianla görüşüb.

Avropa Birliyi rəsmisinin sözlərinə görə, Əmir-Abdollahianın Rəisinin kabinetində yeni xarici işlər naziri olacağı gözlənir.

Amma bu barədə hələlik rəsmi açıqlama verilməyib.

Birləşmiş Ştatlar da avqustun 5-də Tehranı nüvə sazişi ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Tehran da bu məsələni dialoq yolu ilə həll etmək niyyətində olduğunu bildirib.

XS
SM
MD
LG