Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:51

Zakharova:"Lapshin-in Azərbaycana verilməsi yolverilməzdir"


Maria Zakharova
Maria Zakharova

“Moskva bloqqer Aleksandr Lapshinin Azərbaycana verilməsinə qarşıdır və Rusiya vətəndaşının 3-cü ölkələrə verilməsini yolverilməz sayır”.

Bunu, Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova fevralın 3-də keçirdiyi brifinqdə deyib.

Zakharova qeyd edib ki, Rusiya məsələ ilə bağlı Belarusun xarici işlər nazirliyi və müvafiq orqanları ilə intensiv əlaqə saxlayır.

Lapshin 2016-cı il dekabrın ortalarında Minskdə Azərbaycanın sorğusu ilə saxlanıb.

Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması, Azərbaycandakı rejimi tənqid etməsidir. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov da bu günlərdə mətbuatla görüşündə A.Lapshin-in ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.

Əgər Azərbaycana verilsə Lapshin-i orda 8 ilədək həbs cəzası gözləyir.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Minski bloqqeri şərtsiz azadlığa buraxmağa çağırıb.

XS
SM
MD
LG