Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövqeyini açıqladı


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə bağlı ciddi narahatlığını bildirib və atəşin dərhal dayandırılmasına çağırıb.

Bu barədə KTMT-nin şərhini RIA Novosti agentliyinə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov verib:

"KTMT-nin Katibliyi Ermənistan-Azərbaycan sərhədində iyulun 12-də, o cümlədən ağır silahlardan istifadə ilə baş vermiş silahlı toqquşmanın ardınca vəziyyətin kəskinləşməsindən ciddi narahatlıq ifadə edir”.

KTMT-nin şərhində toqquşma nəticəsində itkilərin olması bildirilir. Bəyanatda daha sonra qeyd olunur:

"Yaranmaqda olan vəziyyət, biri – KTMT-nin üzvü Ermənistan Respublikası olmaqla iki qonşu dövlət arasında vəziyyətin normallaşdırılmasına xidmət etmir və Ermənistan və Azərbaycan rəhbərliyi arasında atəşin kəsilməsinə dair əldə olunmuş razılaşmaların pozulduğunu nümayiş etdirir”.

Bu da xəbər verilir hərbi-siyasi blok tərəfləri “atəşkəs rejiminin dərhal bərpa edilməsinə” çağırır:

"Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirik”.

RIA Novostinin yazdığına görə, blok diqqəti belə bir məqama yetirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Şurası, KTMT xarici işlər nazirlərinin nazirlər şurası öz bəyənatlarında tərəfləri dəfələrlə münaqişəli vəziyyətlərin müstəsna olaraq dinc yollarla həllinə nail olmağa və vəziyyətin esklalasiya olunmaması məqsədilə təxribatçı hərəkətlərdən çəkinməyə çağırıb.

Keçmiş nazirdən açıqlamalar: 'Paşinyan Rusiyanı ittiham edəcək ki...'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Xatırlatma

İyulun 12-də iki ölkənin sərhədində, Tovuz istiqamətində döyüş gedir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son 3 gündə Azərbaycan tərəfi biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyi iyulun 14-də xəbər verib ki, saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.

XS
SM
MD
LG