Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

Problemli kreditlər arta-arta gedir...


►Bank aktivlərinin kreditləşmə potensialı, azı, 15 faiz azalıb

Ötən ilin əvvəlindəki 1-ci devalvasiyadan öncə bank aktivlərinin 75 faizi kreditləşməyə yönəlmişdi. İndi bu göstərici 60 faizdən də aşağı düşüb.

Bütün bunlarla yanaşı, iqtisadiyyatın bütövlükdə pulsuzlaşması sezilir.

Ekspertlərin fikrincə, Mərkəzi Bank (MB) bir sıra səbəblərdən iqtisadiyyatda pul kütləsini azaldır. MB, əsasən, dövriyyəyə buraxılan manatın dollara dəyişdirilməsindən ehtiyatlanır.

MB-nin pul kütləsini azaltdığı bir vaxtda banklar da kreditləşməni məhdudlaşdırıb. Bu durumda aktual sual doğur: Belə gedərsə, iqtisadiyyatın axırı necə olacaq?

“Xarici aktivlərin manatla həcmi...”

İqtisadçı ekspert Rövşən Ağayev bank resurslarının təxminən 30 faizinin, yəni 10 milyard 700 milyon manatının hazırda milli iqtisadiyyata, real sektorun inkişafına töhfə verməyən hərəkətsiz kapitala çevrildiyini xatırladır:

“Həmin resursların 85 faizi və ya 9 milyard 100 milyon manatı xarici aktivlər kimi qeyri-rezident kredit təşkilatlarında saxlanır. Xarici aktivlərin manatla həcmi 2015-ci ilin yanvarından indiyədək 3 dəfə artıb. 1 milyard 600 milyon manatsa sərbəst bank ehtiyatları kimi kommersiya banklarının MB-dəki hesablarında saxlanır. Bu ehtiyatların həcmi bir il 4 ayda 4 dəfə artıb”.

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

“Kreditləşmənin azalması davam edəcək”

İqtisadçı ekspert Nazim Bəydəmirli kreditləşmənin bir neçə səbəbdən azaldığını düşünür:

“Devalvasiyadan sonra qaytarılmayan kreditlərin həcmi artdıqca, banklar daha ehtiyatlı siyasət yürütməyə başladılar. Eyni vaxtda, əhali də daxil, potensial bank əmanətçilərinin banklara inamı azaldı. Nəticədə vəsait cəlbolunma dinamikasında kəskin azalma müşahidə edildi”.

Ekspertin qənaətincə, kreditləşmə azalmaqda davam edəcək. Onun sözlərinə görə, hazırda əksər banklar, əsasən, vəsaitlərin qaytarılmasını düşünür:

“Kreditləşmə göstərdiyim səbəblər üzündən 2-ci plana keçib”.

“Probem kredit təklifi ilə bağlıdır”

İqtisadçı-alim Qubad İbadoğlu Azərbaycan banklarının toplam depozitlərinin struktur təhlilinə diqqət çəkərək, onların təxminən 81 faizinin xarici valyutada olmasını bildirir:

“Nəzərə alsaq ki, kredit portfelinin formalaşmasında mənbə rolunu depozitlər oynayır, o halda da banklar daha çox valyuta ilə kredit verməyə məhkumdur. Amma valyuta ilə kreditləşmə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə dayandırıb. Digər tərəfdən, manatın gerçək məzənnəsi bazar tarazlığı əsasında formalaşmadığından, valyuta ilə kredit almağa istər biznesmenlərin, istərsə istehlakçıların marağı azalıb. Bu durumda banklar manatla da kredit verə bilmədiklərindən, ipoteka, avtomobil kreditləri də dayanıb. İqtisadiyyata ümumi kredit qoyuluşu bu baxımdan da aşağı düşüb”.

Q. İbadoğlu ümumi kredit portfelində problemli kreditlərin pay artımını da vurğulayır:

“Göründyü kimi, probem kredit təklifi ilə bağlıdır və kreditə tələbat, demək olar, azalmayıb. O üzdən bu, milli iqtisadiyyatin kredit resurslarına tələbatının azalması kimi qiymətləndirilə bilməz”.

Buna da bax: Peruda 100 000 hektar cəngəllik məhv edilib

Peruda 100 000 hektar cəngəllik məhv edilib
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

XS
SM
MD
LG