Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:52

Ekspert: 'Regionçuluq, qohumbazlıq məmur sahibkarlığını yaradan amildir'


Səhiyyə Nazirliyi blogeri məhkəməyə verir
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Səhiyyə Nazirliyi blogeri məhkəməyə verir

Özəl sektorla bağlı məhkəmə mübahisələrini yoluna qoymaq məqsədilə yeni kommersiya məhkəmələrinin yaradılması gözlənilir.

Belə bir təşəbbüslə prezident İlham Əliyev özü çıxış edib, Milli Məclisə layihə təqdim edib.

Sahibkarlar bu məhkəmələrdən nə gözləyirlər? İşi bir neçə məhkəməyə düşmüş biznesmen Nazim Bəydəmirli deyir ki, indiyə qədər çox vaxt özəl sektorun dövlətlə mübahisəsi düşəndə məhkəmələr dövlət orqanının xeyrinə qərar çıxarır.

Nazim Bəydəmirli deyir ki, məhkəmənin adını dəyişməklə sahibkarın durumu yaxşılaşmayacaq, paralel başqa islahatlar da olmalıdır:

“Ədalət məhkəməsinin mahiyyəti dəyişməlidir. Təyin olunan hakimlərin siyahısına biz baxdıqda görürük ki, onlar ya hansısa yüksək çinli məmurun övladıdır, ya da qohumudur. Regionçuluq, qohumbazlıq məmur sahibkarlığını yaradan amildir. Bu prosesdən kənara çıxmasaq, kadrları normal seçmək imkanımız olmasa, məmur sahibkarlığı davam edəcək və heç bir hədəfə çatmaq olmayacaq”.

Nazim Bəydəmirli deyir ki, hakimlərin müstəqilliyi təmin olunmalıdır, vəkillik institutu gücləndirilməlidir.

İndiyə qədər Azərbaycanda iqtisadi mübahisələrə inzibati iqtisad məhkəmələri baxırdı. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov mətbuata müsahibəsində deyib ki, bu qanunun qəbulundan sonra iqtisadi və inzibati işlərə ayrı-ayrı məhkəmələr baxacaq:

“İqtisadi islahatların, sahibkarlığın indiki mərhələsində ixtisaslaşmış kommersiya məhkəməsinin yaradılması çox vacibdir. Qanunvericilik təşəbbüsü subyekti bu məsələdə beynəlxalq təcrübəni də nəzərə alıb. Bir çox ölkələrdə bu cür məhkəmələr var”.

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, tərəflərdən biri sahibkarlıq subyekti olarsa, işə bu məhkəmə baxacaq.

Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komissiyasının sədri Əli Hüseynov mediaya müsahibəsində deyib ki, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi statusunda fəaliyyət göstərəcək. Belə məhkəmələrin təkcə Bakıda yox, regionlarda da yaradılması nəzərdə tutulub. Məqsəd məhkəmələri əlçatan etməkdir.

Sivil Toplum Platformasının üzvü, hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, regional məhkəmələr sahibkarın işini asanlaşdırmayacaq, onlar bir şəhərdən o birinə getməli olacaq, bu da vaxt və pul itkisidir:

“Mənim görüşüm budur ki, rayon məhkəmələrinin özündə ixtisas bölgüsü aparılmalıdır və hər bir rayonda bu cür məhkəməyə çıxış imkanı olmalıdır. Bu daha effektiv olar, nəinki cəmi beş rayonda məhkəmə yaratmaq. Regional kommersiya məhkəməsi yaratmaq sadəcə mövcud olanı təkrarlamaq olacaq. Bu, sadəcə olaraq mövcud inzibati-iqtisadi məhkəmənin ayrılmasıdır. Yəni, inzibati ayrı, iqtisadi ayrı baxacaq”.

Ələsgər Məmmədli deyir ki, bütün hallarda hakimlərin ixtisaslaşması yaxşı haldır, çünki inzibati və iqtisadi işlər başqadır və bu baxımdan iqtisadi sahədə formalaşmış hakimlər korpusu olsa, müəyyən mənada daha çevik və bir -birinə yaxın qərarların verilməsinə səbəb ola bilər.

XS
SM
MD
LG