Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:46

İsveç terror qanununu dəyişir və Türkiyənin icazəsinə ümid edir


İsveçin xarici işlər naziri Tobias Billström
İsveçin xarici işlər naziri Tobias Billström

İsveçdə bu həftə qüvvəyə minəcək antiterrorizm qanunvericiliyi, Türkiyənin əsas iradlarını aradan qaldırıb İsveçin NATO-ya qoşulması üçün yolu açmalıdır.

Reuters yazır ki, bunu mayın 31-də İsveçin xarici işlər naziri Tobias Billström deyib.

İsveç və Finlandiya 2022-ci ildə Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsinin dərhal ardınca onilliklərdir davam edən neytrallıq siyasətlərinə son qoyaraq NATO üzvlüyü üçün müraciət ediblər.

Türkiyənin vetonu qaldırmasından sonra, aprel ayında Finlandiya NATO üzvlüyünə qəbul edilib.

Lakin Ankara ötən il Madriddə əldə olunmuş ilkin razılaşmalara rəğmən İsveçin NATO üzvlüyü qarşısından vetonu hələ də qaldırmır.

İsveçin alyans üzvlüyünə Macarıstan da veto qoyub.

Billström jurnalistlərə deyib ki, yeni qanunvericilik aktı İsveçin indiyədək mövcud olan antiterror qanunundakı boşluqları dolduracaq.

Yeni qanunda nə var

Türkiyə İsveçi Ankaranın terrorçu hesab etdiyi şəxsləri, xüsusilə də PKK-ya bağlı olanları himayə etməkdə günahlandırırdı.

İsveçin mövcud qanunvericiliyi həqiqətən də terrorçu hesab edilən təşkilata üzv olan şəxslərə sığınacaq verilməsini qadağan etmir.

Nazirin sözlərinə görə yeni qanunda bu çatışmazlıq aradan qaldırılacaq. Yeni qanun terrorçu sayılan təşkilatların yığıncaqlar keçirməsini, onun üzvlərinin himayə edilməsini və onlara hətta ərzaq yardımı göstərilməsini qadağan edəcək.

Reuters yazır ki, elə bu səbəbdən yeni qanunvericilik ölkədə bir sıra insan haqları və ifadə azadlığı qruplarının narahatlığına səbəb olub.

Buna baxmayaraq indiki vəziyyətdə Stokholm Ərdoğanın əsas tələblərinin icra olunmasını və ölkənin nəhayət iyul ayında Vilnüsdə keçiriləcək sammitdə NATO-ya qoşulmasını daha mühüm hesab edir.

Türkiyənin yeni narazılığı

Digər tərəfdən İsveçin NATO üzvlüyünə vetonun qaldırılması üçün Ərdoğana ABŞ da təzyiq göstərir.

Billström ümid etdiyini bildirib ki, bu həftə Osloda keçiriləcək NATO iclasında Stokholmun sürətləndirilmiş qaydada üzvlüyü tövsiyə olunacaq.

Billström Oslo iclasında Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşəcəyinə ümid edirdi, amma o bu iclasa qatıla bilməyəcəyini bildirib.

Bununla belə Billström inandığını deyib ki, iki nazir bu yaxınlarda Madrid prosesi çərçivəsində görüşə biləcəklər.

Amma bu müddətdə Türkiyənin yeni narazılıqları da yaranıb. Ankara Türkiyədə seçki günlərində Kürdüstan İşçi partiyası - PKK-nın bayrağını Stokholmdakı parlament binasının üzərinə proyeksiya edənlərin mühakimə olunmasını tələb edir.

XS
SM
MD
LG