Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

İŞİD-ə qoşulmaqda suçlanan daha 7 azərbaycanlıya hökm oxundu


İraqda İŞİD qüvvələri
İraqda İŞİD qüvvələri

“İraq-Şam İslam Dövləti” (İŞİD) və başqa qruplaşmalara qoşulmaqda, onların tərkibində döyüşlərdə iştirakda suçlanan daha 7 azərbaycanlının mühakiməsi başa çatıb.

Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, onlara ümumilikdə 74 il 6 ay cəza verilib – təqsirləndirilən şəxslərdən Elbrus Əzizovİlahi Əzizovun hər biri 14 il, Babək Şirinov 13 il 6 ay, Rasim Bədəlov 12 il, Namiq Quliyev 11 il 6 ay, Elman Mirzəbəyov 7 il, Əfqan Şamxalov isə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Buna da bax: "Suriyada 1000-ə yaxın azərbaycanlı vuruşur"

Adları çəkilən təqsirləndirilənləri 2015-ci ildə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Dövlət Təhlükəsizliyi Xidməti) əməkdaşları həbs eləyib. Onlar 2013-2015-ci illər ərzində Suriya və İraq ərazisində müxtəlif silahlı birləşmələrə qoşulmaqda, o cümlədən İŞİD, “Cəbhətül-Nüsra” və “Cundu Şam” kimi qruplaşmaların fəaliyyətində iştirakda suçlanırlar. Elman Mirzəbəyov isə onları sərhəddən qanunsuz keçirməkdə günahlandırılır.

İFADƏNİ İSTİNTAQ ALTINDA VERDİKLƏRİNİ DEYİRLƏR

Amma təqsirləndirilənlər ittihamı rədd edirlər. Məhkəmədə də bildiriblər ki, ittihamda yazılanlar yalandır, heç bir qruplaşmanın tərkibində döyüşməyiblər, təlimlərə qatılmayıblar. Cinayət işinin materiallarındakı ifadələrinə gəlincə, bunu istintaq zamanı təzyiqə məruz qalmaları ilə izah ediblər.

Buna da bax: Yeni antiterror qanunu kimə qarşıdır?

Bu işdə şahid kimi adı keçənlərin bir qismi də daha öncə eyni ittihamla mühakimə olunmuş və hazırda da cəza çəkən şəxslər idi. Onlardan Kamran Əzizov, Malik Musayev şahid kimi ifadə vermək üçün bu iş üzrə məhkəməyə gətirilsələr də, danışmaqdan imtina etdilər. Hakim onlara şahid kimi ifadə verməyə borclu olduqları, əks halda, barələrində ifadə verməkdən imtinaya görə cinayət işi başlana biləcəyi haqda xəbərdarlıq elədi, amma onlar fikirlərindən dönmədilər.

Buna da bax: Suriyada vuruşan azərbaycanlılar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir müddət əvvəl Kamran Əzizov 14 il 6 ay, Malik Musayev isə 13 il 6 ay həbs cəzası alıb.

XS
SM
MD
LG