Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:43

İnflyasiya ilə bağlı fərqli açıqlamalar: 13 yoxsa 35?


Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir

Azərbaycanda 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksinin 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 13 faiz artdığı bildirilir.

Bu barədə bu gün, avqustun 10-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumata görə, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 18.7 faiz bahalaşıb. Bu rəqəm, rəsmi açıqlamaya görə, qeyri-ərzaq məhsulları üzrə 7, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.1 faiz təşkil edib.

"Pensiyalar 9-10, əmək haqları 12-13 faiz artıb deyə…"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, inflyasiya ilə bağlı Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, yanvar-iyul aylarında gerçək inflyasiyanın səviyyəsi 35-40 faiz təşkil edib: "Bəzi ərzaq məhsullarında ötən ilin müvafiq dövrü ilə müqayisədə inflyasiya 50-60 təşkil edib. Bəzən isə qiymətlər iki dəfə artıb".

İqtisadçı qeyd edib ki, ötən dövrdə pensiyalar 9-10 faiz, əmək haqları isə 12-13 faiz artıb deyə, rəsmilər inflyasiya artımını 13 faizdən artıq yaza bilmirlər: "Əslində isə vəziyyət qat-qat pisdir".

XS
SM
MD
LG