Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:41

Vəkil İlqar Məmmədovun sözünü çatdırır


İlqar Məmmədov
İlqar Məmmədov

Bu gün, sentyabrın 22-si vəkil Cavad Cavadov 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb

Bu barədə vəkil özü məlumat yayıb. C.Cavadovun deməsinə görə, İ.Məmmədov yaxşıdır, bütün dostlara salamları var:

«Məndən aşağıdakıları çatdırmağımı istədi. Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli, Konvensiya, ümumiyyətlə, işlək deyil. Hazırda o Konvensiyanın yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir».

Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı vaxt qoydu

Sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi azərbaycanlı siyasətçi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin hökmünün icrasına dair qərar çıxarıb.

OKTYABRIN 27-DƏ

Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsi məsələsini, Avropa Məhkəməsinin hökmünün icra olunmamasını (Maddə 46 § 1) Avropa Məhkəməsi qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

***Buna da bax-Avropa Şurasının rəhbəri Azərbaycan barədə 'ən son addım'ın atılmasını istəyir

Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Bu günlərdə Avropa Şurasının baş katibi Thorbjørn Jagland Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən, siyasi məhbusun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

DEPUTATLAR ÇOX MƏYUSDURLAR

Avropa Şurası Nazirlər Komitəsinin deputatları isə bir daha yada salır ki, Avropa Məhkəməsinin qərarında ərizəçiyə qarşı ittihamları əsaslandıracaq hər hansı fakt və ya informasiyanın olmadığı vurğulanıb. Qurum bu hökmün icrasına çağıran əvvəlki qərarlarını və aralıq qətnamələrini yada salır. Həmin sənədlərdə qətiyyətlə məhkəmənin hökmünün icrasına çağırış vardı.

«Deputatlar Məhkəmənin hökmündən 3 ilədək keçməsinə baxmayaraq, İlqar Məmmədovun hələ də həbsdə qalmasından dərin məyusluq keçirirlər», – qərarda deyilir.

***Buna da bax-S.Seyidov: 'Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq'

Qeyd edək ki, Nazirlər Komitəsinin qərarında Konvensiyanın 46.4 bəndinə uyğun olaraq qətnamə layihəsi hazırlanmasından söz açılır. Elə Jagland da Azərbaycana münasibətdə Avropa Şurası Konvensiyasının 46.4 bəndinin işə salınmasını istəyirdi. Belə bir addım son nəticədə Azərbaycanın Avropa Şurasından çıxarılmasına səbəb ola bilər.

«The Guardian» qəzeti yazırdı ki, «bu nüvə variantı»ndan indiyədək heç vaxt istifadə olunmayıb və onun tətbiqi məhkəmə qiymətləndirməsinin ardınca Avropa xarici işlər nazirlərindən hərəkət tələb edə bilər.

«DÜNYA DAĞILMAYACAQ»

Azərbaycan hakimiyyətindən bu qərara münasibət hələlik açıqlanmayıb. Amma Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Jagland-ın çağırışına münasibət bildirərkən AzadlıqRadiosuna belə demişdi:

«Avropanın içərisində püxtələşmiş, formalaşmış, Azərbaycanı istəməyən qüvvələr fikirləşirlər ki, Azərbaycanı Avropa Şurasından çıxartsaq, bununla dünya dağılacaq. Vallah, dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq?».

XS
SM
MD
LG