Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Hikmət Hacıyev: ‘...təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır’


Azərbaycan ordusu təlimlərdə, 20 aprel 2017
Azərbaycan ordusu təlimlərdə, 20 aprel 2017

“Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb”, - prezidentinin köməkçisi Hikmət Hacıyev iyulun 12-də Tovuz istiqamətində baş verənlərə münasibət bildirərkən deyib.

“Hikmət Hacıyev: “Azərbaycan operativ vəziyyətə nəzarət edir”

“Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb”, - Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 12-də Tovuz istiqamətində baş verənlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır”.

“Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir”, - prezident köməkçisi söyləyib.

Hikmət Hacıyev, 2015
Hikmət Hacıyev, 2015

H.Hacıyevin qənaətincə, Ermənistan “hərbi avantüra yolu ilə” üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.

O hesab edir ki, Ermənistan rəhbərliyi “yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır”.

H.Hacıyev yaranmış vəziyyətə görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Xatırlatma

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində atəşkəs pozulub. Azərbaycan tərəf 2 əsgərinin ölməsi, 5-nin yaralanması haqda məlumat yayıb. Müdafiə Nazirliyi eyni zamanda qarşı tərəfin itki verdiyini bəyan etsə də, Ermənistan Müdafiə Nazirliyi itki olmadığını, atəşkəsi Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirir.

XS
SM
MD
LG