Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:38

Prokuror həbsdəki icra başçısına 13 il cəza istədi


Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov

Həbsdə olan keçmiş icra başçılarından sonuncu tutulan – 7 il Şəmkir rayonuna rəhbərlik etmiş Alimpaşa Məmmədovun da məhkəməsi yekunlaşır. Bir ilə yaxındır ki, onun işiylə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırma gedirdi. Sentyabrın 26-da məhkəmə istintaqı bitib.

Prokuror təklif edib ki, keçmiş icra başçısına 13 il həbs cəzası verilsin. Onun sözlərinə görə, A.Məmmədova verilən 7 milyona yaxın mənimsəmə və rüşvət ittihamı istər məhkəmədə dindirilən şahid ifadələrində, istərsə başqa sənədlərlə sübuta yetirilib.

Prokuror bir təklif də edib ki, keçmiş icra başçısının yaxınlarının adına olan və onun həbsindən sonra üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunsun.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə...

Üzərində həbs olan əmlaklar arasında “Abad Şəmkir” MMC - qida məhsulları, şirə istehsalı zavodu; “Az Farel” MMC - balıqyetişdirmə və emalı müəssisəsi; Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzil də var.

Məsələn, ittihamda göstərilib ki, mənzillər icra başçısına rüşvət kimi verilib. Əvəzində icra başçısı həmin tikinti şirkətinin rəhbərinə Şəmkirdə torpaq sahəsi ayırıb və s. Yaxud da Şəmkir şəhər bələdiyyəsinin təsis etdiyi, dəyəri 1 milyon 335 min manat olan “Abad Şəmkir” MMC-nin payları 2018-ci ildə icra başçısının göstərişiylə onun oğlu Adil Məmmədova, 2020-ci ildə isə Fərid İslamzadə adlı şəxsə cəmi 180 manata satılıb.

Keçmiş icra başçısına həm də 132 epizod üzrə toplam 1 milyon 700 min manatdan çox rüşvət almaqla bağlı ittiham verilib. A.Məmmədov icra başçısı vəzifəsində çalışdığı dövrdə tenderlərə qatılan şirkət rəhbərlərindən, sahibkarlardan rüşvət almaqda və başqa əməllərdə də ittiham olunur. İddia olunur ki, pullar ona, əsasən, köməkçisi, birinci müavini və icra hakimiyyətində memarlıq şöbəsinin müdiri vasitəsilə çatdırılıb.

Keçmiş icra başçısı ittihamda göstərilən əməllərə yol verildiyini danmayıb. O, məhkəmədə deyib ki, rayonda müxtəlif vəzifə sahiblərindən, sahibkarlardan qeyri-rəsmi ödənişlərin toplanmasında şəxsi çıxarlarını güdməyib, məqsədi büdcədən vəsait ayrılmayan işləri yoluna qoymaq olub:

Düzdür, hüquqdankənar işlərə yol verilib, bunu inkar eləmirəm, amma niyyət başqa olub. Rayonu idarə eləmək asan deyil. Mən vətəndaşları iş yeriylə təmin eləməyə, onların dolanması üçün çalışmışam. Elə sahələr var ki, ora büdcədən pul ayrılmır. O işləri həll eləmək lazım gəlir...”

Oktyabrın 3-də A.Məmmədovun vəkili müdafiə çıxışı edəcək, sonra onun özü son sözünü deyəcək və ardınca ona hökm oxunacaq.

Qubad İbadoğluya azadlıq tələb olunur
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Xatırlatma

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov daha öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

O, 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

A.Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib.

Həbsdəki icra başçılarından A.Məmmədov istisna, digərlərinə hökm oxunub. Onlara 5 ildən 12 ilədək həbs cəzası kəsilib. Keçmiş məmurlar barələrindəki hökmlə razılaşmayaraq, yuxarı instansiya məhkəmələrinə şikayət veriblər. Bu üzdən, hamısının işi üzrə məhkəmə prosesləri hələ davam edir.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev 2021-ci ilin sentyabrında həbsdə vəfat edib. Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov da, sağlıq durumu əsas gətirilərək, iyulun 26-da vaxtından əvvəl azadlığa buraxılıb.

XS
SM
MD
LG