Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:39

Qərb nazirləri Rusiyaya görə G20 iclasını tərk etdilər


ABŞ-ın maliyyə naziri Canet Yellen
ABŞ-ın maliyyə naziri Canet Yellen

ABŞ-ın maliyyə naziri xəbərdarlıq etmişdi ki, bu iclaslarda Rusiya rəsmilərinin iştirak edəcəkləri təqdirdə, o və onun qlobal həmkarları tədbiri tərk edəcəklər.

ABŞ-ın maliyyə naziri Canet Yellen və onun kanadalı və Avropa İttifaqından olan həmkarları aprelin 20-də Rusiyanın Ukraynaya qarşı təcavüzünə etiraz olaraq G20 qrupunun iclasını nümayişkəranə şəkildə tərk ediblər.

Britaniya, Fransa və Kanada rəsmiləri Dünya Bankı və Beynəlxaql Valyuta Fondunun Vaşinqtonda keçirilən yaz görüşü zamanı G20 qrupunun virtual iclasını tərk ediblər.

Yellen iştirakçılara bildirib ki, o bu görüşdə Rusiyanın vəzifəli rəsmilərinin iştirakına qarşıdır.

ABŞ-ın maliyyə naziri xəbərdarlıq etmişdi ki, bu iclaslarda Rusiya rəsmilərinin iştirak edəcəkləri təqdirdə, o və onun qlobal həmkarları tədbiri tərk edəcəklər.

AFP agentliyi bildirir ki, Ukraynanın maliyyə naziri Serhiy Marçenko da onlara qoşularaq iclası tərk edib.

Britaniyanın maliyyə naziri Rişi Sunak deyib ki, o, Yellen və Kanada baş nazirinin müavini Kristiya Friland iclası Rusiya nümayəndəsinin çıxışı başlayan kimi tərk ediblər.

Sunak bu barədə özünün Twitter hesabından yazıb:

"Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və beynəlxalq koordinasiya ilə Rusiyanın cəzalandırılmasını davam etdirəcəyik”.

Friland da bu barədə tvit paylaşıb:

"Dünya demokratiyaları Rusiyanın təcavüzünə və müharibə cinayətlərinə sakitcə baxmayacaqlar. Bugün Kanada və onun demokratik partnyorları Rusiyanın iştirakına görə G20 qrupunun plenar iclasını tərk ediblər”.

Bu, Vladimir Putinin Ukraynaya təcavüzə əmr verməsindən bəri G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ilk iclası idi.

Bu il İndoneziyanın sədrlik etdiyi G20 qrupuna Birləşmiş Ştatlar, Hindistan, Çin, Braziliya, Yaponiya, bir neçə Avropa ölkəsi, habelə Rusiya daxildir.

XS
SM
MD
LG