Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Deputat: ''Freedom House'da Azərbaycana qərəzli yanaşma var'


Fazil Mustafa
Fazil Mustafa

«Demokratiya sahəsində Azərbaycanda nöqsanlar olduğunu hakimiyyət özü də gizlətmir».

Bunu deputat Fazil Mustafa «Freedom House» hüquq-müdafiə təşkilatının dünyada demokratiyanın durumuna dair hesabatını AzadlıqRadiosuna şərh edərkən bildirib.

Deputat deyib ki, məhkəmə sistemində, korrupsiya ilə mübarizədə nöqsanlar olduğunu hakimiyyət də bildirir: «Amma bu məsələdə problem başqa nöqtədədir: «Freedom House» bütünlükdə Azərbaycana qərəzli siyasi yanaşma sərgiləyir. Həmin qərəz hətta bu qurumun doğru dediklərini belə şübhə altına almağa əsas verir. Problem qurumun nə deyib-deməməsində yox, bütünlükdə Azərbaycana münasibətindədir».

***Buna da bax-Azərbaycanın demokratiya balı bir az da düşüb

F.Mustafa bu hesabatda demokratiyanın durumuna görə Ermənistanın Azərbaycandan irəlidə olmasını da qərəzin nəticəsi kimi dəyərləndirir: «Bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. ATƏT seçkinin nəticələrini pisləyən bəyanatla çıxış edib. Bu seçkilərin Rusiyanın diktəsi altında keçdiyi bilinir. Belə olan halda Ermənistan necə Azərbaycandan öndə ola bilir?».

Deputat deyib ki, belə qeyri-obyektiv yanaşmadan irəli gələrək hakimiyyət «Freedom House»nin dediklərini ciddi saymır və ona reaksiya göstərməyi də lazım bilmir.

XS
SM
MD
LG