Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:30

Ermənistanda korrupsiya və məmur xanımları


Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası
Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası

Ermənistanda bir sıra güc nazirlikləri və hüquq-mühafizə orqanları rəhbərlərinin xanımları, özlərinin təqdim etdikləri sənədlərə görə on minlərlə dollar gəlir sahibidirlər.

Ermənistanda bir sıra güc nazirlikləri və hüquq-mühafizə orqanları rəhbərlərinin xanımları, özlərinin təqdim etdikləri sənədlərə görə on minlərlə dollar gəlir sahibidirlər.

Epress.am saytının yazdığına görə bu, əsasən anonim mənbələrdən gələn ianələrdir.

Məsələn, Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyanın işsiz xanımı keçən il 19 milyon dramlıq (40 min dollar) ərzaq alıb. Onun aldığı mənzilin qiyməti də elə düz bu qədərdir.

Güc nazirlikləri antihökumət etirazlarını dağıdırlar
Güc nazirlikləri antihökumət etirazlarını dağıdırlar

Məmur arvadının 2013-cü ildə təqdim etdiyi bəyannamədəki 23 milyon dram, ötən il 24, 5 milyon (50 min dollar) drama çatıb. Bunun səbəbi bəyannamədə göstərilmir.

Elə Milli Təhlükəsizlik Xidməti direktorunun özü də az mülkiyyət sahibi deyil, hərçənd onun illik maaşı 10 milyon dramı keçmir. Buna baxmayaraq məmurun sərvəti ötən il 10 milyon dram da artıb. O ümumilikdə 38, 5 milyon dramlıq mülkiyyətin sahibidir.

Ötən il ərzində polis rəisi Vladimir Qasparyanın sərvəti artmayıb. Bununla belə o, 7 milyon dramlıq illik maaşından başqa heç bir maliyyə gəliri barədə bəyannamə verməyib.

Vəzifə ilə artan əmanət

Əvəzində böyük pullarla böyük rəisin xanımı məşğul olur. Onun illik maaşı 3 milyon dram olsa da, indiyədək 30 milyon dram (18 min dollar) məbləğində əmanətə sahib ola bilib.

Ermənistan baş prokuroru Gevork Kostanyanın xanımının maaşı 350o dollara çatmasa da,əmanəti200 min dollardır.

Bunun 100 min dollarını 2011-ci ildə hədiyyə kimi anonim mənbədən alıb. Bu həmin vaxt idi ki, Konstanyan prezidentin köməkçisi və korrupsiya ilə mübarizə monitorinq komissiyasının sədri vəzifəsindən hərbi prokuror postuna keçmişdi.

Yeri gəlmişkən, həmin ildə baş prokurorun özünə də anonim mənbədən 35 milyon dramlıq hədiyyə edilib.

XS
SM
MD
LG