Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

Ermənistan müxalifəti çadırlarını yığışdırır


Fransa meydanında çadırlar
Fransa meydanında çadırlar

Ermənsitan müxalifəti bildirib ki, Fransa meydanındakı çadırlar iyunun 15-də yığışdırılacaq

Ermənistanda “Müqavimət” hərəkatının liderləri mübarizənin struktur və taktikasını dəyişmək qərarına gəliblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə bəyanatı iyunun 14-də Yerevanın Fransa meydanında müxalifət liderlərindən İşxan Saqatelyan verib.

O qeyd edib ki, may ayının əvvəllərindən bu meydanda qurulan çadırlar sabah (iyunun 15-də) yığışdırılacaq.

Saqatelyan deyib ki, lazım gələrsə istənilən meydanda iki saat ərzində çadırlar qurula bilər:

“Bizim mübarizəmizdə çadır şəhərciyimiz ən ciddi məsələni həll edib, amma bizim sonrakı mübarizəmizin səmərəliliyi çadırlarla şərtlənmir. Biz hərəkatın potensialının artırılması, onun coğrafiyasının genişləndirilməsi, yeni yanaşmaların qəbulu, mübarizənin dəqiq planla davam etdirilməsi kimi yeni və mühüm mərhələ ərəfəsindəyik”.

Ermənistan "Müqavimət" hərəkatı parlamentə qayıtmayacağını bildirib
Ermənistan "Müqavimət" hərəkatı parlamentə qayıtmayacağını bildirib

Gündəlik etirazdan həftəlik etiraza

Müxalifət liderlərindən biri deyib ki, onlar küçə yürüşləri və mitinqlər də daxil gündəlik aksiyalardan həftəlik tədbirlərə keçməyi planlaşdırırlar.

Bu plana görə həftədə bir yürüş və bir mitinq keçiriləcək.

Saqatelyan isə əlavə edib ki, “xalq nümayəndələri” ilə görüşlər keçiriləcək, Dağlıq Qarabağ və diaspora da daxil hərəkatın yeni qolları yaradılacaq.

Azatutyunun “bu o deməkdirmi ki, müxalifət parlamentə qayıdacaq” sualına İşxan Saqatelyan belə cavab verib:

“Heç də yox. Biz parlamentə müstəsna olaraq öz gündəliyimizlə qayıdacağıq. Mən bunu hər səhər yenidən elan etməli deyiləm. Biz ora yalnız öz gündəliyimizlə qayıdacağıq. Bugün bizim və onların gündəliyi fərqlidir”.

Mandatlardan niyə imtina etmirlər?

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından İşxan Saqatelyan “elə isə müxalifət niyə mandatlarından imtina etmir” sualına belə cavab verib:

“Bu mandatları bizə onların atalarının evlərində verməyiblər. Bu mandatları bizə xalq verib. Xalqsa bugün tələb edir ki, bu hakimiyyət mümkün qədər tez kənarlaşdırılsın. Bugün xalqın mandatı və gündəliyi burdadır, parlamentdə deyil. Biz gündəliyimizi təqdim edəndə onlar parlamentdən qaçdılar”.

Ermənistan Milli Məclisi spikerinin müavini İşxan Saqatelyan deyib ki, “cəmiyyət oyanıb” və “Qarabağın və Ermənistanın təhlükəsizliyi cəmiyyətin yalnız kiçik bir hissəsini narahat edir” iddiası bağlanıb:

“Beynəlxalq birlik başa düşdü ki, burada ləyaqətli xalq var və onu hansısa qərarlara və güzəştlərə tabe etdirmək olmaz...Sübut olundu ki, hazırkı hakimiyyətin ölkəni yeni güzəştlərə aparmaq üçün xalqdan mandatı yoxdur...”

İşxan Saqatelyan bildirib ki, müxalifətin əsas məqsədi baş nazir Nikol Paşinyanın hakimiyyətinin devrilməsiir.

Mayın 1-dən fasiləsiz etiraz aksiyalarına və vətəndaş itaətsizliyinə başlayan müxalifət Nikol Paşinyanı Dağlıq Qarabağı Azərbaycana güzəştə getmək niyyətində ittiham edir.

Müxalifət bildirir ki, Paşinyan hökuməti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır.

XS
SM
MD
LG