Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Hesabat: Ermənistanın məktəblərdən hərbi məqsədlə istifadəsi pislənir


Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası zərurətindən danışır
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası zərurətindən danışır

Human Rights Watch öz hesabatında bildirir ki, Ermənistan hökuməti məktəblərin hərbi məqsədlər üçün istifadəsini və talan edilməsini araşdırmalıdır

Human Rights Watch beynəlxalq insan təşkilatı bildirir ki, erməni qüvvələri sonuncu Qarabağ müharibəsi vaxtı bəzi məktəblərdən hərbi məqsədlər üçün istifadə edib və onları hücum üçün qanuni hədəfə çevrib.

Sentyabrın 8-də dərc olunan hesabatda deyilir ki, bu məktəblər əsasən kazarma və hərbi hospital rolu oynayıb.

Hesabatın müəlliflərindən biri Bill Van Esveld AzadlıqRadiosuna deyir ki, onların bir qism məktəblə bağlı araşdırma aparmaq imkanları olub:

“Hərbi hücumların necə həyata keçirilməsi ilə bağlı bütün dünyada keçərli olan bir sadə qayda var- mülkilərin mövcud olduğu və onların çox zərər görəcəyi yerləri hədəfə almamalısan. Bu halda isə məktəblərdən hərbi məqsədlə istifadə edilməsi, ətrafdakı mülkiləri hədəfə çevirə bilər. Bu halda biz çox narahatıq ki, əsgərlərini məktəbə yerləşdirməklə bir tərəf məktəbi digər tərəf üçün hədəfə çevirə bilər”.

Pandemiya dövrü olduğundan məktəblərdə dərslər dayanıb, binada şagird və müəllim olmayıb. Bununla belə, Bill Van Esveld deyir ki, məktəbləri hədəfə çevirmək həm də müharibə bitəndən sonra onların yararsız vəziyyətə düşməsi ilə nəticələnə bilir.

HRW:"Erməni qüvvələri məktəbləri hərbi hədəfə çevirmişdi"
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Ermənistan hökuməti araşdırmalıdır

Human Rights Watch öz hesabatında bildirir ki, Ermənistan hökuməti məktəblərin hərbi məqsədlər üçün istifadəsini və talan edilməsini araşdırmalı və ya ən azından etiraf etməli və bu yöndə problemlərin həlli üçün çalışmalıdır.

Hesabata görə, Ermənistan hakimiyyəti Azərbaycanın hücum etdiyi mülki obyektlərin, o cümlədən uşaq bağçaları və məktəblərin hərbi məqsədlə istifadə olunmasına dair məlumatları inkar edir. Amma sənədə görə müharibə vaxtı Qarabağda separatçı rejimin nəzarət etdiyi ərazidə azı 71 məktəb binası dağıdılıb.

Keçənilki müharibə vaxtı Azərbaycanda da pandemiyaya görə dərslər dayanıb, məktəblərdə şagird və müəllimlər olmayıb.

Hesabata görə, Azərbaycan tərəfdə 54 məktəb dağılıb və ya zərər görüb.

Bir çox məktəblərin həyətinə Smerç raketləri düşüb. Bərdədəki 5 saylı məktəb belələrindəndir. Hücum nəticəsində beş mülki şəxs həlak olub.

Azərbaycanla bağlı da narahatlıq var

Bill Van Esveld deyir ki, müharibə vaxtı Azərbaycan tərəfinin hansısa məktəbi hərbi kazarma kimi istifadə etməsi faktına rast gəlməyiblər, bununla belə Azərbaycanla bağlı da narahatlıqlar olmamış deyil:

“Bizim Azərbaycanla bağlı narahatlığımız budur ki, onlar mülkilərin yaşadığı ərazilərə yaxın yerlərdə hərbi texnika yerləşdirmişdilər. Kəndlərin, şəhərlərin yaxınlığında idi bu texnikalar. Və bunu yerləşdirməyə ehtiyac yox idi. Nəticədə bəzi məktəblər də hərbi texnikaya yaxın idi və bu məktəblər zədələnmişdilər. Biz atəşkəsdən az əvvəl Tərtərdə olduq, bir məktəb artıq dağılmışdı, amma biz orda olanda əsgərləri daşıyan hərbi maşının məktəb divarına çox yaxın dayandığının şahidi olduq. Bu isə məktəbi hərbi hədəfə çevrilə bilər”.

Bill Van Esveld deyir ki, Azərbaycan hökuməti onların bu barədə sorğusuna cavab verməyib, amma ümumi şəkildə bildirib ki, Cinayət Məcəlləsində məktəblərə ehtiyac olmadan hücum edilməsini qadağan edən maddə var.

Bill Van Esveld bildirir ki, Azərbaycan tezliklə 111 ölkənin qoşulduğu Təhlükəsiz Məktəblər Bəyannaməsinə üzv olmalıdır.

Keçən il Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsində Bakı və Yerevan bir-birini mülki əhalini və binaları atəşə tutumaqda ittiham edir.

Ermənistan rəhbərliyi hərbi əməliyyatlarda təqribən 50 nəfər, Azərbaycan isə Gəncə və Bərdə, Tərtər kimi iri şəhərlərə atılan ağır silahlardan 100-ə qədər mülki şəxsin həlak olduğunu bildirir.

XS
SM
MD
LG