Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:47

Erdoğan və Putin Tehranda Ukrayna taxılını müzakirə edəcəklər


Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan və Vladimir Putin (Arxiv fotosu)
Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan və Vladimir Putin (Arxiv fotosu)

Putinin Tehranda “Astana formatı” adlanan çərçivədə İran prezidenti İbrahim Rəisi ilə də görüşəcəyi xəbər verilir

Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan və Vladimir Putin iyulun 19-da Tehranda keçiriləcək görüşdə Ukrayna taxılının ixracı məsələsini müzakirə edəcəklər.

Bu barədə Putinin müşavirlərdən biri məlumat verib.

Putinin Tehranda “Astana formatı” adlanan çərçivədə İran prezidenti İbrahim Rəisi ilə də görüşəcəyi xəbər verilir.

Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov iyulun 18-də deyib ki, Putinin Erdoğanla danışıqlarında Ukrayna taxılının blokadada olan limanlardan çıxarılması məsələsi də müzakirə olunacaq.

Uşakov bildirib ki, Moskva bu istəqamətdə işi davam etdirməyə hazırdır.

Rusiya Ukraynanın bir sıra limanlarını zəbt edib, digərlərini isə bombardmanla dağıdıb.

Ukrayna isə öz növbəsində Odessa və başqa liman şəhərlərinə dənizdən girişi minalayıb.

Kiyev bu limanlara Rusiyanın dənzidən hücum edə biləcəyindən narahatdır.

Türkiyədə illik infilyasiya 80 faizə çatıb
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

“Prinsipcə həll yolu tapılıb”

Ukrayna taxılının ixracına dair Rusiya, Ukrayna, Türkiyə və BMT arasında aparılan danışıqların razılaşmaya çox yaxın olduğu bildirlir.

Tərəflər növbəti dövrə danışıqlar üçün iyulun 20-də İstanbulda görüşəcəklər.

Rusiya Müdafiə Nazirliyi iyulun 15-də bildirmişdi ki, Ukrayna taxılının, Rusiya taxılı və gübrəsinin ixracının blokdan çıxarılmasına dair razılaşma sənədi tezliklə hazır olacaq.

Türkiyənin müdafiə naziri Hulusi Akar isə deyib ki, taxılın çıxarılması üçün təhlükəsiz dəniz dəhlizlərinin açılmasına dair Ukrayna və Rusiya arasında razılaşma prinsipcə hazırdır.

Uşakovun sözlərinə görə taxıl daşıyan gəmilərin hərəkətinin monitorinqi üçün İstanbulda koordinasiya mərkəzi açılmalıdır.

Diplomatlar bildirirlər ki, ilkin razılaşmaya görə Ukrayna limanlarına girən və çıxan gəmiləri Ukrayna hərbi gəmiləri müşayiət edəcəklər.

Ukrayna dünya taxılının böyük bir hissəsini verir və bu səbəbdən də ixrac bərpa olunmasa Yaxın Şərq və Afrikanın bir sıra ölkələrində aclıq təhlükəsi yarana bilər.

XS
SM
MD
LG