Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Bu razılaşma Transxəzər kəmərinin də bəxtini aça bilər


Türkmənistnla razılaşma Azərbaycana nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:09:56 0:00

Türkmənistnla razılaşma Azərbaycana nə vəd edir?

Türkmənistanla Azərbaycanın imzalanmış yeni neft-qaz yatağı anlaşması Azərbaycana nə qazandıracaq?

Yeni anlaşma memorandumu Dostluq yatağının birgə işlənməsi ilə bağlıdır. 30 il idi ki, Xəzərdə iki ölkənin sərhəddinəki bu yatağı Azərbaycan Kəpəz, Türkmənistan isə Sərdar adlandırırdı. Yanvarın 21-də tərəflər anlaşıb, yatağa Dostluq adı verdilər.

AzadlıqRadiosunun enerji üzrə şərhçisi Bryus Pannier deyir ki, bu yataq Azərbaycan üçün gələcəkdə Orta Asiya neft-qazını Avropa ya çıxartmaq üçün şanslar da aça bilər.

Şərhçi hesab edir ki, bütün hallarda indi bu yatağı istismar etməyə başlamaq üçün yaxşı vaxtdır:

“Neftin qiyməti düşüb. Yəqin ki, belə də qalacaq. Dövlətlər alternativ yanacaq mənbələrindən istifadəyə daha çox investisiya qoymağa başlayıblar. Məsələn, Çin istəyir ki, 2050-ci ilə qədər bütün avtomobillər elektrik avtomobili olsun. Başqa dövlətlər də Çinin yolu ilə gedəcəklər. Odur ki, əgər neftin varsa, onu elə indi satmaq lazımdır”.

Azərbaycan dövlət neft şirkətinin - SOCAR-ın rəsmiləri bu yataqdan ilə təxminən 1,5 milyon ton neft və iki milyard kubmetrə qədər qaz hasilatının mümkün olduğunu deyirlər.

Bu hələ ki, anlaşma memorandumudur və hasilatın pay bölgüsü ilə və digər məsələlərlə bağlı detallar açıqlanmayıb.

Azərbaycan üçün tarixi fürsət yaranır
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Mərkəzi Asiya qazı TANAP-a axa bilər?

İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, yataqla bağlı razılaşmaya əsas maneçilik təzyiqi edən Rusiya idi, çünki rəsmi Moskva - regionda açılacaq fürsətləri öz qaz siyasətinə rəqib kimi görürdü. Onun fikrincə, sonra rəsmi Aşqabadla danışıqlara Avropa İttifaqı da qatıldı və Birlik Rusiyaya onun Şimal axını 2 layihəsi ilə bağlı təzyiq göstərdi:

“Şimal Axını 2 Rusiya üçün həyati əhəmiyyətli layihədir. Bu layihə Ukraynadan yan keçir. Layihənin tamamlanmasına sonuncu 50 km qalıb. Bu layihə Avropa İttifaqı və Amerikanın müqaviməti ilə üzləşib. Hesab edirəm ki, Qərb Rusiyaya Şimal Axını 2 vasitəsilə ciddi təzyiq yaradaraq əvəzində TransXəzər layihələrinin həyata keçirilməsi üçün maneələrin aradan qaldırılmasına çalışır”.

AzadlıqRadiosunun şərhçisi Bryus Pannier deyir ki, yeni əməkdaşlıq zəminində Azərbaycan üçün fürsətlər yaranır ki, TANAP kəmərini həm də Orta Asiya qazı ilə doldursun.

Bundan başqa Orta Asiya qazını Avropaya çatdıracaq TransXəzər layihəsi üçün də imkanlar açılır. Bütün bunlar isə Azərbaycanın öz neft-qazı bitərsə belə, tranzit ölkə kimi beynəlxalq əhəmiyyətini saxlamağa imkan yaradır.

XS
SM
MD
LG