Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Taliban daha bir şəhəri ələ keçirdi


Əfqanıstanın Kunduz əyalətində partlayış
Əfqanıstanın Kunduz əyalətində partlayış

Hazırda Əfqanıstan ərazisinin xeyli hissəsi Talibanın nəzarətindədir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban hərəkatı hökumət qüvvələrinin mövqelərinə hücuma keçib.

Taliban birləşmələrinin Əfqanıstanın Aybak şəhərini ələ keçirdiyi bildirilir.

Azadləq Radiosunda olan məlumata görə, bu şəhər Samanqan əyalətinin payraxtıdır..

Samanqan əyalətinin qubernatoru avqustun 9-da Azadlıq Radiosunun əfqan xidmətinə bildirib ki, hazırda Aybak şəhəri tam talibançıların nəzarətindədir.

Azadlıq Radiosunun müxbiri Bilal Sarvari Tvitter səhifəsində şəhərin döyüşsüz verildiyini bildirir.

Talibançılar bundan bir gün öncə, strateji cəhətdən vacib olan Kunduz şəhərinin əksər hissəsini, eləcə də Sare Pol şəhəri və Taxar vilayətinin paytaxtı Taloqanı ələ keçirib.

Hazırda Əfqanıstanın şimalında yerləşən Balx,Təxar və Kunduz əyalətlərində talibançılarla Əfqanıstanın hökumət qoşunları arasında ağır döyüşlər gedir.

Bu arada NATO təşkilatı Taliban hərəkatını, Əfqanıstanla bağlı siyasi dialoqa qoşulmağa çağırıb

Hazırda Əfqanıstan ərazisinin xeyli hissəsi Talibanın nəzarətindədir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban hərəkatı hökumət qüvvələrinin mövqelərinə hücuma keçib.

Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin çıxarılmasına bu ilin mayından başlanıb. ABŞ rəsmilərin məlumatına görə, bu proses , avqustun 31-dək başa çatdırılmalıdır.

Taliban hərəkatının yaraqlıları bundan sonra hökumət qüvvələrinin mövqelərinə hücuma keçərək, bir neçə vacib sərhəd məntəqəsi və magistral yollar da daxil olmaqla ölkə ərazisinin xeyli hissəsini ələ keçiriblər.

Kütləvi İnformasiya vasitələrinin məlumatına görə, hazırda Əfqanıstanın 100-dən çox rayonu Talibanın nəzarətindədir.

XS
SM
MD
LG