Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:34

Doing Business–2016: Azərbaycan yerində sayıb


Arxiv fotosu
Arxiv fotosu

Hesabata görə Azərbaycan bu reytinqdə 189 ölkə arasında 63-cü sırada qərarlaşır.

İŞƏ BAŞLAMAĞA 3 GÜN 2 PROSEDUR LAZIM OLUR

Oktyabrın 27-də yayılan sənədə görə Azərbaycanda yeni biznesin yaradılmasına 3 gün vaxt və 2 proseduru keçmək lazımdır.

Sahələr üzrə ən çətini tikintidir. Dünya Bankı Qrupunun hazırladığı bu hesabata görə Azərbaycanda tikintiyə icazə almaq üçün 18 proseduru keçmək və bir çox hallarda 203 gün gözləmək lazım olur.

İndikatorlar

DB 2016 Reytinq

DB 2015 Reytinq

Dəyişmə

Biznesə başlama

7

11

+ 4

Tikintiyə icazələrin verilməsi

114

138

+ 24

Elektrik təchizatına qoşulma

110

104

- 6

Mülkiyyətin qeydiyyatı

22

21

- 1

Kreditə çıxış

109

105

- 4

Kiçik səhmdarların müdafiəsi

36

54

+ 18

Vergilərin ödənilməsi

34

33

-1

Sərhədlərarası ticarət

94

93

- 1

Müqavilələrin icrasının təmin edilməsi

40

40

0

Müflisləşmə prosesi

84

85

+1

Hesabatın “Biznesin səmərəliləşdirilməsi” başlıqlı hissəsində deyilir ki, bütün regionlarda ölkələr bizneslərin qeydiyyata alınması prosedurlarının səmərəliləşdirilməsini davam etdiriblər.

Buna da bax: «Doing Business-2015»: Azərbaycan 189 ölkə arasında 80-cidir

AZƏRBAYCAN KİMLƏRLƏ BİR SIRADA...

2014/15-ci illərdə dünyanın 45 iqtisadiyyatı biznes başlamaq üçü lazım olan prosedurları, vaxtı və xərcləri azaltmağa nail olub. Bəziləri bunun üçün lazım olan minimal kapitalın məbləğini azaltmaq, yaxud ləğv etməklə buna nail olublar. Bəziləri isə biznesə başlamaq üçün şirkətin korporativ möhürünün olması tələbini aradan qaldırıblar. Bu qrupa Azərbaycan, Honq Konq, CAR, Çin və Qazaxstan daxildir.

Biznesə başlama sahəsində islahatlar bununla məhdudlaşmayıb. Biznesə başlama müddəti ötən il daha da azaldılaraq 5 gündən 3 günə endirilib ki, bu da Norveçlə müqayisədə daha azdır.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

TİKİNTİYƏ 203 GÜN, 18 PROSEDUR LAZIM OLUR

Tikinti üçün icazələrin alınmasına gəldikdə, qlobal göstərici 160 günlə müqayisədə ölkədə anbar tikintisi üçün 203 gün tələb olunur.

Tikinti üçün icazələrin alınması sahəsində islahatlar: Azərbaycan layihə sənədlərinin ilkin təsdiqlənməsini həayat keçirmək üçün vahid pəncərə sistemini formalaşdırmaqla tikintiyə icazələrin verilməsini daha da asanlaşdırmışdır.

Nəticədə, anbarların tikintisı üzrə prosedurların sayı 24-dən 18-ə qədər azaldılıb.

Hesabatda deyilir ki, Azərbaycan tikinti sahəsində icazələrin alınması prosedurlarının asanlaşdırılması üzrə ən böyük irəliləyişə nail olmuş ölkələr sırasındadır. 2013-cü ilin yanvar ayında ölkədə Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra bir sıra dəyişikliklər tətbiq edilib. Yeni tikinti qanunu tikinti sahəsində olan əvvəlki qanunvericiliyi cəmləşdirərək tikinti icazələrinin verilməsi ilə bağlı prosedurları səmərəliləşdirib və bəzi prosedurlar üçün rəsmi vaxt limiti qoyub. 2014-cü ilin noyabr ayında qəbul olunmuş sərəncam isə tikinti icazələrinin alınması üçün vahid instansiya (vahid pəncərə sistemi) yaradıb ki, bu da Fövqəladə Hallar Nazirliyində yerləşir.

Buna da bax: Prezidentdən gömrük fərmanı

Sənəddə deyilir ki, bu vahid pəncərə sisteminin yaradılmasına qədər Azərbaycanda tikinti icazəsi almaq üçün müraciət edənlər dizaynlarını düz altı müxtəlif idarədə təsdiq etdirməli idilər. İndi isə onlar bütün bu ilkin təsdiqləri sadəcə Fövqəladə Hallar Nazirliyinə müraciət edərək əldə edə bilərlər.

Bu nazirlikdə müxtəlif idarələrin nümayəndələri yerləşir. Onlar ekologiya, sanitariya və epidemiologiya, habelə yanğın və seysmik təhlükəsizlik də daxil olmaqla müxtəlif standartlar üzrə yoxlamaları yerindəcə həyata keçirə bilirlər.

Yeni səmərəliləşdirilmiş prosesə görətəsdiq olunmuş layihənin Tikinti Təhlükəsizliyinin İdarə edilməsi üzrə Dövlət Agentliyində təsdiq edilməsi tələbi ləğv edilib. “Ümumilikdə, vahid pəncərə sistemi tələb olunan prosedurların sayını yeddidən birə endirib,” deyə hesabatda qeyd olunur.

Bundan başqa, həmin vahid instansiyada texniki mütəxəssislər tikinti icazəsi almaq üçün edilmiş müraciətlərə 30 gün ərzində baxmalıdırlar.

Adətən ərizələrə 20 gün ərzində baxılır. Əgər verilmiş rəydə hansısa çatışmazlıqlar varsa müraciətçi ilə birbaşa əlaqə saxlanılır ki, 10 gün ərzində zəruri dəyişikliklər edilsin. Əgər bu baş verməsə tikinti icazəsinin verilməsi 3 ay içərisində baş verir.

Buna da bax: Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır

ƏMLAKI QEYDƏ ALDIRMAQ ASANLAŞIB

Biznesə başlamadan əlavə (189 ölkə arasında 7-ci yerdə qərarlaşır), Azərbaycan əmlakın qeydiyyatı sahəsində qabaqcıl təcrübəni tətbiq edir.

Əmlakın qeydiyyatına gəldikdə isə əmlakın ötürülməsinin qeydiyyatı qlobal səviyyədə orta göstərici olan 48 günlə müqayisədə yalnız 8,5 gün çəkir.

Bunlar Dünya Bankının hazırladığı yeni Doing Business hesabatında qeyd edilənlərdir.

Azərbaycanda xüsusilə müstəqil ekspertlər ölkədə biznes sahəsində mühitin anormal olduğunu, neftdən kənar sahələrin inkişafında böyük ləngimələr olduğunu deyirlər. Onlar xüsusilə neftin qiymətinin enməsindən sonra dövlət büdcəsində ciddi problemlər olacağını deyirlər.

Hakimiyyət təmsilçiləri isə adətən bu cür tənqidləri rədd edərək ölkədə biznesə geniş şərait olduğunu deyirlər. Son günlər yerli mediada Milli Təhlükəsizlik naziri eldar Mahmudovun vəzifədən kənarlaşdırılması da bu nazirliyin biznesə müdaxiləsi, iş adamlarına haqq qoyması ilə izah edilir.

Həmçinin prezidentin ölkədə yoxlamaların 2 illiyə dayandırılması, lisenziyaların minimuma endirilməsi və ASAN Xidmət tərəfindən verilməsi, gömrük rəsçmiləşdirilmələrinin sadələşdirilməsi barədə fərmanlar verib.

XS
SM
MD
LG