Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Vaksinlər COVID-in uzunmüddətli simptomlarını zəiflədir


Kosovoda COVID-19 xəstəsi
Kosovoda COVID-19 xəstəsi

"İki dozanı vurduranların yoluxarkən simptomları 28 gün, yaxud daha çox hiss etməsinin təxminən yarıbayarı azaldığını üzə çıxardıq".

Tam peyvənd olunandan sonra koronavirusa yoluxanlar vaksin olunmayanlarla müqayisədə COVID-un uzunmüddətli simptomlarından 50 faizədək az əziyyət çəkirlər. Bunu yeni tədqiqat üzə çıxarıb.

Sentyabrın 1-də “Lancet”də dərc olunmuş araşdırma tam peyvənd olunanların yoluxarkən daha az hallarda xəstəxanaya yerləşdirildiyini, yaxud xəstəliyi ağır keçirdiyini təsdiqləyib.

“İki dozanı vurduranların yoluxarkən simptomları 28 gün, yaxud daha çox hiss etməsinin təxminən yarıbayarı azaldığını üzə çıxardıq”, – London Kral Kollecinin tədqiqatçıları bildiriblər.

Azalma iki yolla gedir

“Araşdırma göstərir ki, ikiqat vaksinasiya olunmuş şəxslərin uzunmüddətli COVID riski azalır, üstəgəl onların yoluxma riskinin də az olması sübuta yetirilib”, – onlar bildirirlər.

Bir çox adamlar bir neçə həftəyə COVID-19-dan sağalsalar da bəziləri həftələr, hətta aylarla uzunmüddətli COVID-dən əziyyət çəkirlər. Bu simptomlara əzginlik, təngnəfəslik, düşünmə çətinliyi, öskürək, sinə ağrısı, iybilmə, yaxud dadbilmənin itməsi, başağrıları daxildir.

Araşdırmanın əsas müəllifi professor Tim Spekter deyib ki, vaksinasiya insanların uzunmüddətli COVID keçirməsini iki yolla azaldır.

“Birincisi, istənilən simptoma tutulma riskini 8-10 dəfə azaldır, sonra isə istənilən yoluxmanın uzunmüddətli COVID-ə keçməsini, əgər baş verərsə, yarıya qədər salır”, – o deyib.

O, vaksinlərin xəstəliyi həqiqətən də yaxşılığa doğru dəyişdirdiyini vurğulayıb. “Adamları ikinci dozanı mümkün qədər tez vurdurmağa çağırırıq”, – professor vurğulayıb.

COVID qadağaları Konstitusiyaya uyğundurmu?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Effekt niyə azalır

Bu arada vaksinlərin effektinin azalmasıyla bağlı narahatlıq artır. Səhiyyə ekspertləri hələ əmin deyillər ki, vaksinin effektinin azalması tam peyvəndlənmədən müəyyən vaxtın keçməsilə bağlıdır, yoxsa yüksək yoluxucu delta ştammı ilə, ya da hər ikisinin birləşməsiylə.

İsrail, Birləşmiş Ştatlar, AB-nin bəzi üzvləri daxil bir sıra ölkələr əhalinin həssas təbəqələrinə və daha geniş qruplara buster dozaları vurmağa başlayıb.

Dünya Səhiyyə Təşkilatı isə zəngin ölkələri buster dozalarına görə tənqid edir, daha kasıb ölkələrin hələ ilkin dozaları ala bilməməsinə diqqət çəkir.

Avropa Birliyi

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin sentyabrın 1-də bildirməsinə görə, tam vaksin olunanlara təcili buster dozalar lazım deyil, amma immun sistemi zəif olanlara əlavə doza nəzərdən keçirilə bilər.

“Mövcud dəlillər göstərir ki, ümumi əhali üzrə tam peyvənd olunmuşlara buster dozaların vurulmasına təcili ehtiyac yoxdur”, – qurum bildirir.

AB hələ buster dozaları tövsiyə etməsə də Fransa sentyabrın 1-dən yaşı 65-dən yuxarı və xüsusi sağlamlıq problemləri olanlara buster dozalarını vurmağa başlayıb. Fransa AB-də buster dozaları genişmiqyaslı tətbiq edən ilk böyük ölkədir və Avropanın bir neçə başqa ölkəsinin də buna gedəcəyi gözlənir.

ABŞ hökuməti isə sentyabrın sonundan buster dozalarının geniş tətbiqinə başlayır. İmmun sistemi zəif yetkin yaşlılara artıq dozalar vurulur. Reuters/Ipsos rəy sorğusuna görə, azı bir doza vaksin vurduranların 76 faizi buster istəyir. Yaşı 55 və yuxarı olanların 80 faizi buster doza istədiyini bildirib.

XS
SM
MD
LG