Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:56

Cəlilabadda sahibi həbs olunan kimi sayt da yoxa çıxdı


Polis maşını
Polis maşını

Cənub bölgəsində fəaliyyət göstərən azel.tv xəbər saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqov noyabrın 22-də həbs olunub.

Bu haqda “Turan” Agentliyinə jurnalistin anası Hülnisə Sadıqova məlumat verib.

Anası: Elə hey deyirdilər ki, “tərif yaz”

Ə.Sadıqovu polis əməkdaşları Qazax rayonunda saxlayıb, Cəlilabada gətiriblər. Məhkəmə Ə.Sadıqov barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. Jurnalist Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) günahlandırılır.

Buna da bax:​ Mətbuat Şurası 'mətbuatın düşmənləri' barədə

Anasının deməsinə görə, Ə.Sadıqov qohumunu Qazaxdan Gürcüstana yola saldıqdan sonra saxlanıb. O, oğlunun həbsinin bilavasitə fəaliyyəti ilə bağlı olduğunu deyib.

“İllərdir ki, o saytı işlədirdi. Həmişə qanunsuzluqlardan, haqsızlıqlardan yazırdı. Dəfələrlə xəbərdarlıq etmişdilər ki, yazmasın. Elə hey deyirdilər ki, tərif yaz. Əfqan da onların dediyinə əməl etmədi, həbs etdilər”.

“İcra hakimiyyətində öyrədilmiş bir qadın üstünə hücum çəkib...”

Anasının sözlərinə görə, bir neçə həftə əvvəl Ə.Sadıqovu Cəlilabad rayon İcra Hakimiyyətinə dəvət ediblər.

Buna da bax: İcra başçısının jurnalistdən şikayəti icraata götürülmədi

“Orda öyrədilmiş bir qadın bunun üstünə hücum çəkib, dava-dalaş salmağa cəhd göstərib. Bunu da dərhal sənədləşdirib, cinayət işi açıblar”, ana deyib.

H.Sadıqovanın bildirdiyinə görə, noyabrın 24-də polis şöbəsinə gedib. Ancaq ona görüşməyə imkan verməyiblər.

Anası Ə.Sadıqovun durumundan narahat olduğunu deyib. “Mənə xəbər çatdırdılar ki, onu içəridə incidirlər”, o, bildirib.

Ə.Sadıqov həbs edildikdən sonra onun rəhbərlik etdiyi azel.tv saytı da qeyri-aktiv olub. Saytın youtube-dakı kanalının məzmunu da təmizlənib.

Buna da bax:​ İlham Əliyev 'mətbuat düşmənləri' siyahısında

“Cəlilabadımız”

Adının açıqlanmasını istəməyən bəzi şəxslər jurnalistin həbsini Facebook-dakı “Cəlilabadımız” səhifəsi ilə bağlayır. Həmin səhifə davamlı olaraq icra hakimiyyətinin və digər dövlət qurumlarının fəaliyyətini tənqid edir.

“Son zamanlar, xüsusilə daşqınlar zamanı həmin səhifədə Cəlilabaddakı yolların durumu, icra hakimiyyətinin gərəkli addımlar atmaması geniş işıqlandırıldı”, deyə mənbə bildirib.

Buna da bax:​ Masallının icra başçısı jurnalisti ikinci dəfə cəzalandırmaq istəyir

Cəlilabad rayon polis şöbəsindən Ə.Sadıqovun həbs olunmasının detalları ilə bağlı bilgi verilməyib. Oradan deyiblər ki, detallı bilgi vermək səlahiyyəti Daxili İşlər Nazirliyinə aiddir...

Rayon İcra Hakimiyyətindən də sualları cavablandırmayıblar.

XS
SM
MD
LG